Dünya
Avropa Ərdoğanın “gülə-gülə” bəyanatına cavab verdi
Avropa Parlamentinin Türkiyə üzrə məruzəçisi Kati Piri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Avropa İttifaqı ilə bağlı dünənki bəyanatına cavab verib.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, məruzəçi yeni müzakirə başlıqlarının açılmasının müzakirə mövzusu belə olmadığını deyib.
“Türkiyə həqiqətən üzvlüklə maraqlansaydı, Ankara bunu nümayiş etdirməli idi. Yeni müzakirə başlıqlarının açılmasından qəti şəkildə söhbət gedə bilməz. Avropa İttifaqına üzv olmaq istəyən ölkə tələb olunan meyarları yerinə yetirmək məcburiyyətindədir. Amma Türkiyədə bunu görə bilmirəm. Buna görə də müzakirələrin dayandırılması lazımdır”, - o bildirib.
Xatırladaq ki, Ərdoğan dünən Ədalət və İnkişaf Partiyasının (AKP) baş qərargahında çıxışında Avropa İttifaqına sərt mesajlar göndərib.
“Avropada terror təşkilatlarına hər cür dəstək verilir. Niyə? Türkiyənin qarşısını kəsmək üçün. Bundan sonra edəcəyiniz tək bir şey var: Bu günə qədər açmadığınız müzakirə başlıqlarını açmaq. Başqa çarəniz yoxdur. Bunu etsəniz, çox gözəl. Açmadığınız təqdirdə, gülə-gülə. Türkiyə bunların qulu deyil”, - prezident bildirib.
Ömər Dağlı
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!