Senatorlar Trampın "Ayfon"unu əlindən almaq istəyirlər
Bizi izləyin

Dünya

Senatorlar Trampın "Ayfon"unu əlindən almaq istəyirlər

Dövlət başçısı vəzifəyə gəldiyi ilk 100 gün ərzində 645 tvit paylaşıb.

Tvitterin aktiv istifadəçilərindən olan ABŞ lideri Donald Trampın müntəzəm olaraq paylaşdığı tvitlər qanunvericilərin xoşuna gəlmir.

Publika.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp tvitter sosial şəbəkəsi vasitəsilə dünya ölkələrinə fikirlərini mesaj olaraq göndərməyi sevir.

ABŞ prezidentinin tvitter vasitəsilə dövlət başçılarına, eləcə də digər mülki şəxslərə, jurnalistlərə sataşması ABŞ-ın xarici işlər üzrə komitəsinə başçılıq edən Bob Korkeri qıcıqlandırıb.

Respublikaçılar partiyasının üzvü olan Bob Korker prezident Trampın "Ayfon"unun əlindən alınması fikrini irəli sürüb. Onun sözlərinə görə, ya prezidentin telefonu əlindən alınsın, ya da göndərəcəyi "sürpriz" tvitlər Ağ Evin administrasiyasının əməkdaşları tərəfindən yoxlanıldıqdan sonra paylaşıma icazə verilsin.

Bob Korkerin bu fikrini daha əvvəl Trampa "sosial şəbəkədə paylaşdığın fikirləri iki dəfə düşün, sonra paylaş" deyən Con Makkeyn də dəstəkləyib.

Tramp sosial şəbəkə vasitəsilə dəfələrlə Hillari Klinton haqqında xoşagəlməz fikirlər paylaşıb. Hətta Trampın xanımı Melaniya da son vaxtlarda ərinin tviterdən asılılığını müşahidə etdiyini deyib.

Donald Trampın şəxsi tvitter hesabında 28,6 milyondan çox izləyici var. Dövlət başçısı vəzifəyə gəldiyi ilk 100 gün ərzində 645 tvit paylaşıb.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm