Bəşər Əsədi ABŞ-dan qorumaq üçün HİYLƏ
Bizi izləyin

Dünya

Bəşər Əsədi ABŞ-dan qorumaq üçün HİYLƏ

Rusiya, İran və Türkiyənin iştirakı ilə Suriya müxalifət qrupları ilə Bəşər Əsəd rejimi arasında Astanada əldə edilmiş yeni anlaşmaya əsasən ABŞ aviasiyasının Suriya üzərində uçuşları qadağan olunur.

Publika.az virtualaz.org-a istinadən xəbər verir ki, ötən həftə əldə edilmiş bu razılaşma mayın 6-da saat 12-dən qüvvəyə minib. Razılaşmaya əsasən, Suriyada dörd atəşkəs zonası yaradılır və ki, bu zonalarda Bəşər Əsəd rejiminin qüvvələri ilə müxaliflər arasında toqquşmalar, habelə aviasiyanın uçuşları dayandırılır.

"The New York Times" qəzetinin yazdığına görə mayın 5-də yüksək rütbəli rusiyalı diplomat xəbərdarlıq edib ki, ABŞ-ın başçılıq etdiyi koalisiyanın təyyarələri bu razılaşmaya əsasən Suriya ərazisinin böyük hissəsi üzərində uçuşlar keçirə bilməyəcək. Lakin Dövlət Departamentinin rəsmisi Edgar Vaskes bunun ardınca bildirib ki, ABŞ-ın imzalamadığı həmin razılaşma "Suriya ərazisində harada olmalarından asılı olmayaraq terrorçuları təqib etməyə" mane ola bilməz. Onun sözlərinə görə, rusiyalı rəsmilərin razılaşmanı bu cür interpretasiya etməsi "mənasızdır".

Bildirilir ki, Astana danışıqlarında ABŞ müşahidəçi qismində iştirak edib, Dövlət Departamentinin yüksək rütbəli nümayəndəsi bu danışıqları izləyib, lakin ABŞ əldə edilmiş razılaşmalarda tərəf deyil. İlk baxışdan razılaşma Suriyada çoxdan gözlənilən uçuşa qadağan zonalarının yaradılması kimi dəyərləndirilə bilər. Lakin məsələ ondadır ki, atəşkəs razılaşmasını müxalif qrupların hamısı qəbul etmir. Digər tərəfdən Dəməşqin mövqeyi ziddiyətlidir. Bir tərəfdən Əsəd rejimi atəşkəs zonalarının yaradılmasını dəstəkləyir, o biri tərəfdən elan edir ki, terrorçulara qarşı bütün ölkə ərazisi boyu əməliyyatlar keçirməkdə davam edəcək.

Rusiya diplomatının bildirdiyinə görə, mayın 6-dan etibarən ABŞ aviasiyasının İŞİD-in nəzarətində olmayan, ancaq Əsəd qüvvələri ilə müxaliflər arasında döyüşlərin getdiyi bölgələrin üzərində uçuşu mümkün olmayacaq. Və Astana anlaşması və Rusiyanın həmin razılaşmanı bu cür interpretasiya etməsi böyük ehtimalla Amerikanın Bəşər Əsəd rejiminə qarşı mümkün yeni zərbələrinə imkan verməmək məqsədi daşıyır. Rusiyanın Suriya üzrə səfiri Aleksandr Lavrentyev deyib ki, Rusiya və Türkiyə təyyarələri də uçuşa qadağan zonalarına daxil olmayacaqlar. Lakin diplomat ABŞ və onun başçılıq etdiyi koalisiyanın təyyarələri üçün daha geniş məhdudiyyət zonası elan edib. Bildirib ki, ABŞ aviasiyası ancaq Suriyanın şərqində, İŞİD-in nəzarətində olan zonaların üzərində uça bilər.

Pentaqonun mətbuat katibi Ceff Devis ABŞ aviasiyasının bu məhdudiyyətə əməl edib-etməyəcəyinə dair şərh verməyib. Suriya müxalifətinin təmsilçiləri isə bildirir ki, Rusiya və İranın məqsədi əslində ABŞ-ın Bəşər Əsəd qüvvələrinə yeni mümkün raket və hava zərbələrini önləməkdir. Müxalifət qüvvələrinin koalisiyasının nümayəndəsi Hişam Marva deyib ki, Rusiya 2013-cü ildə kimyəvi silahların ləğvinə dair razılaşmaya nail olub Bəşər Əsədi xilas etdi. İndi isə bu razılaşma ilə onu ABŞ-ın mümkün zərbələrindən qorumaq istəyir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm