Dünya
Öldürülən iş adamının ərəb şeyxləri ilə bağlılığı ortaya çıxdı - İLGİNC DETAL
İstanbulda öldürülən iranlı iş adamı və küveytli ortağının cinayətiylə əlaqədar ilginc detalın üstü açılıb.
Cinayətlə əlaqədar "casus" olmaqda günahlandırılan şirkətin keçmiş alqı-satqı müdiri Sarah Rahbari Dubayda ortaya çıxıb. Rahbari yazdığı məktubda təəccüblü iddialar irəli sürüb.
Qeyd edək ki, İran və Yaxın Şərq ölkələrinə peyk vasitəsi ilə yayımlanan GEM TV-nin sahibi, iş adamı Saeed Karimian ilə kuveytli ortağı Məhəmməd Mer Almutairi 30 apreldə İstanbulun Sarıyer bölgəsində sui-qəsdə məruz qalmışdılar. Polis hələ cinayətkarların şəxsiyyətlərini müəyyən edə bilməyib. Sui-qəsdçilərin professional atıcı olduqları təxmin edilir.
Karimianın İran rejiminə müxalif olan İran Mücahidləri ilə əlaqəsinin olduğu üçün hadisənin terror olduğu iddia edilir. İran Mücahidlərinə yaxın kanallar sui-qəsdlə bağlı İran rejimini günahlandırır. Rejimə bağlı qaynaqlar isə hücumun arxasında mücahidlərin olduğunu iddia edir.
Yeni bir iddia isə şirkətin keçmiş idarəçisi Sarah Rahbaridən
gəlib. Firmanın sirlərini rejimə ötürdüyü üçün işdən çıxarıldığı
vurğulanan Rahbarinin haqqındakı söz-söhbətlərlə əlaqədar bir
məktub yazdığı ortaya çıxıb.
Dubayda ortaya çıxan Rahbari agentlik iddialarını rədd edərək
maraqlı detallara toxunub.
Bu olaya qədər iranlı iş adamı Dubayda gecə klubu işlədib. Bu
klubda Dubaydakı ərəb əmrlərinə xüsusi gecələr təşkil edilib və
iranlı qızları fərqli məqsədlərlə istifadə ediblər. Rahbari GEM
TV-nin yeddi kanalının bağlanmağının da bu olaylardan
qaynaqlandığını irəli sürüb. İranlı iş adamı Şimali İraq Kürd
bölgəsində də bənzər bir gecə klubu açmaq üçün işlər gördüyünü,
amma problemlərlə qarşılaşdığını da əlavə edib.
ŞİFRƏLİ MESAJLAR
Rahbari İran Mücahidləri lideri Məryəm Rechavi ilə Saeed Karimianın
şifrəli mesajlarla əlaqə saxladığını da irəli sürüb. Özünün də
bundan sonradan xəbər tutduğunu ifadə edən Rahbari şifrələri
gətirən adamın F. Şin adlı şəxs olduğunu iddia edib. (milli.az)
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin118 Aprel 22:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO