Separatçı rejimin başçısını öldürmək istədilər - TERROR
Bizi izləyin

Dünya

Separatçı rejimin başçısını öldürmək istədilər - TERROR

“Saur-Moqil” xatirə kompleksinə gedən yolda iki partlayış törədilib.

Ukraynanın Donetsk vilayətinin Şaxtyorsk şəhəri ərazisində “Saur-Moqil” xatirə kompleksinə gedən yolda iki partlayış törədilib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda “Donetsk Xalq Respublikası” separatçı rejimin nümayəndəsi bildirib.

Hadisənin rəsmi versiyası terror aktıdır.

Məlumata görə, separatçı rejimin başçısı Aleksand Zaxarçenkonun korteji həmin yolla hərəkət etməli idi. Zaxarçenko və onun köməkçisi Denis Puşilin Böyük Vətən Müharibəsində qələbənin 72-ci ildönümü ilə keçiriləcək bayram mərasimində iştirak etməyi planlaşdırırdılar.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm