Putin “Boz kardinal”dan sonra yeni kuratoru təyin etdi
Bizi izləyin

Dünya

Putin “Boz kardinal”dan sonra yeni kuratoru təyin etdi

Dövlət Dumasının sədrinin məsləhətçisi, “Vahid Rusiya” Ali Şurasının üzvü Yuri Şuvalov Donbasla Kiyev arasında humanitar məsələlərin həlli üzrə dialoqa nəzarət edəcək.

Publika.az xəbər verir ki, bu haqda TASS agentliyi yazıb.

Agentliyin yazdığına görə, Şuvalov MDB, Cənubi Osetiya və Abxaziya ilə ictimai-iqtisadi əməkdaşlıq üzrə idarəyə keçib.

Şuvalov 2004-2016-cı illərdə Dövlət Dumasında KİV və ictimaiyyətlə əlaqələr üzrə idarənin rəhbəri postunu tutub. O, daha sonra parlament aşağı palatasının spikerinin məsləhətçisi təyin edilib.

Qeyd edək ki, Rusiya prezidentinin köməkçisi Vladislav Surkov prezident Vladimir Putinin Donbas üzrə əsas kuratoru hesab edilir. Surkov həmçinin “Putinin boz kardinalı” kimi tanınır.

Ötən ilin dekabrında Ukrayna Ali Radasının üzvü, “İnformasiya müqaviməti” qrupunun koordinatoru Dmitri Tımçuk bildirib ki, Vladislav Surkov Luqansk və Donetsk “xalq respublikaları”nın döyüşçülərinə 1,-1,5 ildən sonra Rusiyanın tərkibinə girəcəkləri barədə söz verib.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm