Daha bir Avropa ölkəsi NATO-dan imtina edib, Rusiyaya üz tutdu
Bizi izləyin

Dünya

Daha bir Avropa ölkəsi NATO-dan imtina edib, Rusiyaya üz tutdu

Moldovanın yeni seçilmiş prezidenti İqor Dodon ölkəsinin NATO-ya üzv olmasına qarşı çıxıb.

Moldovanın yeni seçilmiş prezidenti İqor Dodon ölkəsinin NATO-ya üzv olmasına qarşı çıxıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, İqor Dodon Moskvada Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinlə görüşü zamanı Moldovanın NATO-ya üzv olmasının birmənalı şəkildə qəbuledilməz olduğunu və buna qarşı çıxdığını bəyan edib.

Prezident deyib:

“Mən xarici tərəfdaşlarımıza da hər zaman söyləmişəm ki, müzakirə predmeti belə olmayacaq 3-4 məsələ var. Bunlardan birincisi dövlətimizin suverenliyi, ikincisi tərəfsizlik statusu, üçüncüsü NATO-a üzvlük, dördüncüsü isə Rusiya ilə dostluq əlaqələrinə qarşı çıxmaqdır. Bir daha bəyan edirəm ki, Moldova NATO-ya əsla üzv ola bilməz”.

İ.Dodon Moldova ilə Rusiya arasında mövcud olan münasibətlərin yeni bir mərhələyə qədəm qoyduğunu söyləyib:

“Mən Rusiya ilə Moldova münasibətlərinin pozulmasına əsla imkan vermərəm. Çünki əlaqələrimiz yeni və daha yüksək səviyyəyə çatıb”.

Xatırladaq ki, Moldova Sosialist Partiyasının sədri olan prezident İqor Dodon rusmeylli siyasətçi kimi tanınır.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm