Putinin düşmənini bu 5 nəfərdən biri əvəz edəcək – SİYAHI
Bizi izləyin

Dünya

Putinin düşmənini bu 5 nəfərdən biri əvəz edəcək – SİYAHI

FTB başçısı postuna iddiaçıların adları açıqlanıb.

“Fox News” telekanalı Federal Təhqiqatlar Bürosunun (FTB) başçısı postuna iddiaçıların adlarını açıqlayıb.

Publika.az xəbər verir ki, kanal iddiaçıların adlarını özünün Tvitter səhifəsində yerləşdirib.

Kanalın məlumatlarına görə, Nəqliyyatın Təhlükəsizlik İdarəsinin keçmiş rəhbəri Con Pistol, Nyu-Yorkun sabiq polis rəisi Reymond Kelli, Cənubi Karolina ştatından Konqres üzvü Trey Qoudi, Nyu-Cersinin ştatının qubernatoru Kris Kristi və ya baş prokurorun milli təhlükəsizlik məsələləri üzrə müavini Kennet Vaynşteyn FTB-nin yeni başçısı ola bilər.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp mayın 9-da FTB-nin rəhbəri Ceyms Komini istefaya göndərib. Tramp Komiyə göndərdiyi məktubda onu FTB-ni effektiv idarə etməməkdə günahlandırıb. Komi 2013-cü ildən FTB-yə rəhbərlik edirdi.

KİV Ceyms Kominin istefaya göndərilməsi ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Vaşinqtona səfərinin eyni vaxta düşməsinə diqqət çəkir. KİV-in yazdığına görə, təəssürat yaranır ki, prezident Ceyms Komidən qurtulub.

“Kominin “Rusiya işi” ilə bağlı fəaliyyəti Tramp üçün arzu edilməyən nəticələrə gətirib çıxara bilərdi”, - CNN telekanalının müxbiri Kris Çilliza yazıb.

FTB direktoru ABŞ-da ötən il keçirilən prezident seçkilərinə Rusiya mümkün müdaxiləsi ilə bağlı araşdırmaya görə cavabdeh şəxs idi. Lakin Ağ Ev istefanın Rusiya ilə bağlı olduğuna dair iddiaları rədd edir.

Vida məktubunda Kominin özü bildirib ki, prezident istənilən səbəbdən idarənin rəhbərini çıxara bilər.

Qeyd edək ki, Komi ABŞ administrasiyasında Rusiya əleyhinə tənqidi fikirləri ilə seçilirdi. O, son olaraq mayın 3-də Senatda dünən keçirilən dinləmələrdə isə bildirib ki, Rusiya ABŞ və başqa ölkələrdə siyasi proseslərə qarışmağa davam edir. Onun sözlərinə görə, Moskva Birləşmiş Ştatlar üçün ən böyük təhlükə olaraq qalır.

Bundan başqa, Komi ABŞ-dakı siyasi proseslərə müdaxilədə Rusiyanı ittiham edib və onu “hakerlər üçün sığınacaq” adlandırıb. Onun sözlərinə görə, ötən ilin noyabrında keçirilən prezident seçkilərinin nəticələrindən ruhlanan Rusiya bu günə kimi Amerikanın siyasətinə təsir etməyə çalışır.

FTB ilə yanaşı, Mərkəzi Kəşfiyyat İdarəsi və ABŞ Milli Təhlükəsizlik Agentliyi inanırdı ki, rəsmi Moskva ABŞ-da keçirilmiş seçkilərdə Demokratlar Partiyasının namizədi Hillari Klintonun prezident seçilməsinə mane olmağa çalışıb. Yəni, bununla da Trampın qələbəsinə yardım edib. Eyni zamanda, Rusiya pprezidenti Vladimir Putinin müdaxiləyə birbaşa rəhbərlik etdiyi deyilirdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm