Rusiya bu iki ölkəni işğal edəcək! - Belarus və hətta Qafqaza... – ŞOK PLAN
Bizi izləyin

Dünya

Rusiya bu iki ölkəni işğal edəcək! - Belarus və hətta Qafqaza... – ŞOK PLAN

Rusiya “Qərb-2017” genişmiqyaslı təlimlər zamanı Avropa istiqamətində, xüsusilə Polşa və Litvaya qarşı hücum əməliyyatlarını yerinə yetirməyə hazırlaşır.

Publika.az Liga.net saytına istinadən xəbər verir ki, bu haqda Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov bildirib.

“Təlimlərdə Kalininqrad dəhlizinin yaradılmasının təqlid edilməsi nəzərdə tutulur. Bu, reallıqda Litva və Polşaya qarşı təcavüzsüz ötüşmək mümkün deyil”, - o deyib.

Qeyd edək ki, bu “Qərb-2017” təlimləri ilə bağlı ilk analoji bəyanat deyil. Daha əvvəl Litva prezidenti Dalya Qribauskayte deyib ki, Rusiya və Belarusun “Qərb-2017” birgə hərbi təlimləri Moskva və Minskin Qərblə müharibəyə hazırlaşdığını göstərir.

“Biz müxtəlif təhlükələrin olduğunu və onların artdığını görürük. Həmçinin, “Qərb-2017” təlimlərini narahatlıqla gözləyirik. Təlimlər çərçivəsində Qərblə müharibəyə əyani hazırlıq gedir”, - deyə Qribauskayte bildirib.

O vurğulayıb ki, Rusiya və Belarusun bu cür hərəkətləri Baltikyanı ölkələri NATO-dan əlavə təhlükəsizlik zəmanətlərini xahiş etməyə məcbur edir.

Öz növbəsində, Litva Milli Təhlükəsizlik və Müdafiə Komitəsinin sədri Daryus Yaunişkis deyib ki, “Qərb-2017” təlimləri bu il Litvanın milli təhlükəsizliyinin əsas çağırışı olacaq.

Ukraynanın ehtiyatda olan generalı Dmitri Umanes cari ilin martında “Obozrevatel” nəşrinə açıqlamasında deyib ki, “Qərb-2017” Rusiya-Belarus təlimləri Kremlin öz planlarından imtina etmədiyini göstərir.

Bir çox müharibə və silahlı konfliktin məhz təlimlərin süjeti əsasında başlandığını deyən general Belarus ərazisinin Rusiya ordusunun mümkün hücum hərəkətləri üçün rahat olduğunu xatırladıb. O, xüsusilə Çerniqov və Kiyev istiqamətinin təhlükəli olduğunu qeyd edib.

Daha əvvəl Ukrayna Ali Radasının spikeri Andrey Parubiy bildirib ki, “Qərb-2017” təlimləri Belarus ərazisindən Ukraynaya birbaşa təcavüzə çevrilə bilər.

Amma fevral ayında Ukrayna Silahlı Qüvvələrinin Baş qərargahında çıxışı zamanı Ukrayna prezidenti Pyotr Poroşenko deyib ki, Belarus prezidenti Aleksandr Lukaşenko Ukraynaya hücum üçün öz ərazisindən istifadə etməyə Rusiyaya icazə verməyəcəyinə bildirib.

"Şimalda Kreml Belarusa təzyiqi gücləndirir. Hərçənd mən əminəm ki, prezident Lukaşenko buna icazə verməyəcək. O, mənə dəfələrlə deyib ki, bizimlə bağlı düşməncəsinə hərəkətlər üçün öz ərazisindən istifadə edilməsinə icazə verməz”, - deyə Poroşenko qeyd edib.

Ukrayna prezidenti həmçinin Lukaşenkoya Rusiyanın istənilən “sürprizləri”nə hazır olmağı məsləhət görüb.

Vaşinqtonda yerləşən Atlantik Şurasının xarici siyasət məsələləri üzrə eksperti Stiven Blank mart ayında “Atlantic Council” üçün yazdığı məqaləsində qeyd edib ki, “Qərb 2017” təlimləri və Rusiyanın digər hərbi planları Ukrayna, Belarus və hətta Qafqaza yeni müdaxilə barədə qorxuları artırır.

Analitiklərə görə, avqust-sentyabr aylarında Belarusda keçiriləcək “Qərb-2017” təlimlərində Rusiyanın məqsədi NATO-ya güc nümayişi ilə yanaşı, Belarusun da onun təsir dairəsində olduğunu nümayiş etdirməkdir. Hansı ki, indi Belarus bunda o qədər də maraqlı deyil. Minsk Qərblə münasibətləri normallaşdırmağa çalışır və bu istiqamətdə xeyli irəliləyişlərə nail olub. Məhz bu səbəbdəndir ki, son vaxtlar Moskva və Minsk arasında münasibətlərdə soyuqluq yaranıb.

Ötən ilk noyabrında Rusiya Müdafiə Nazirliyinin açıqladığı məlumata görə, Rusiya gələn il Belarusa əvvəlki illərdən 80 dəfə çox hərbi texnika və hərbçi göndərəcək. Belarusa göndəriləcək hərbi texnika və hərbçilər üçün 4 min vaqondan istifadə ediləcək.

Ekspertlərin fikrincə, genişmiqyaslı təlimlər ya Belarusda hərbi nəzarətin təmin edilməsi, ya da ki Ukrayna, Baltikyanı ölkələr və Polşaya hücum üçün nəzərdə tutulur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm