Rusiya imperiyasından “boşanma” - Torpaqlar QAYIDACAQMI?
Bizi izləyin

Dünya

Rusiya imperiyasından “boşanma” - Torpaqlar QAYIDACAQMI?

"Vizasız rejim Ukraynanı Avropa ölkələrinin tərkibindəki tarixi yerinə qaytarır".

Dünən Avropa İttifaqı Şurası Ukraynaya vizasız rejimi təsdiq etdi. Vizasız rejim Şengen zonasında azad hərəkəti nəzərdə tutur. Şengen zonasına Avropa İttifaqının 22 ölkəsi, Avropa İttifaqına 4 üzv olmayan (İslandiya, Lixtenşteyn, Norveç və İsveçrə) və Şengenə 4 namizəd ölkə (Bolqarıstan, Kipr, Rumıniya, Xorvatiya) daxildir.

Viza 180 gün ərzində 90 gündən çox olmayan müddət üçün verilir. Qərara olunan əlavəyə görə, miqrasiya və təhlükəsizliklə bağlı problemlər halında vizasız rejim ləğv edilə bilər.

İndi qərarı Avropa Parlamentinin sədri Antonio Tayani və Avropa İttifaqı Şurasının sədri Cozef Muskat imzalamalıdır.

Ukraynanın baş naziri Vladimir Qroysmanın sözlərinə görə, ölkə sakinləri Avropa İttifaqına vizalarsız 11 iyundan gedə biləcəklər.

“İmperiyadan boşanma”

Ukrayna prezidenti Pyotr Poroşenko “1+1” telekanalına müsahibəsində sevincini gizlətmirdi. Prezidenti Avropa İttifaqı ilə vizasız rejimi Ukrayna üçün “Rusiya imperiyasından boşanma” adlandırdı.

“Mən deyərdim ki, bu gün Ukrayna Rusiya imperiyasından öz boşanmasını qəti rəsmiləşdirdi”, - Ukrayna lideri bildirib.

Prezident əlavə edib ki, vizasız rejim Ukraynanı Avropa ölkələrinin tərkibindəki tarixi yerinə qaytarır. Bundan başqa, Poroşenko əminliyi ifadə edib ki, vizasız rejim Ukraynaya Krımı və Donbası qaytarmağa kömək edəcək.

Vizasız rejim hər şey demək deyil

Prezidentin sevincini bütün ukraynalılar bölüşmürlər. Məsələn, “Batkivşina” Partiyasının lideri, ölkənin sabiq baş naziri Yuliya Timoşenko bildirib ki, Avropaya səyahətlər üçün vizasız rejimdən ölkənin yalnız 10-15 faiz sakini istifadə etməyi bacaracaq.

“Ukrayna xalqı elə bir həddə çatdırılıb ki, hazırda dünyanın on ən kasıb ölkəsindən biri məhz bizim ölkəmizdir. Bu, Avropa ölkəsi üçün cəfəngiyatdır! Bu, onu göstərir ki, vizasız rejimdən əhalinin yalnız maksimum 10-15 faizi istifadə edə bilər. Bunu sosioloji tədqiqatlar da göstərir”, - qadın siyasətçi ZIK telekanalına müsahibəsində bildirib.

Timoşenko qeyd edib ki, vizasız rejim məmurların deyil, Ukrayna xalqının xidmətidir:

“Hakimiyyətin bu qələbə ilə heç bir əlaqəsi yoxdur. Əksinə, biz vizasız rejimi daha əvvəl ala bilərdik. Amma hakimiyyətin ən yüksək eşelonlarında olan korrupsiya bizə vizasız rejimi almağa imkan vermirdi”, - “Batkivşina” lideri vurğulayıb.

Rusiyadan reaksiya

Siyasi elmlər doktoru, Rusiya Elmlər Akademiyasının əməkdaşı Vladimir Zorin hesab edir ki, Avropa İttifaqı ukraynalılar üçün yalnız qapını açdı.

“Vizasız rejim ukraynalılar üçün hansısa unikal imkan deyil. Məhdudiyyətlər yenə də qalır. Buna görə də qərarı ikitərəfli xarakterizə etmək olar. Bu, bir tərəfdən Avropa İttifaqının Kiyevə dəstəyinin jestidir. Poroşenko indi çox çətin vəziyyətdədir. Digər tərəfdən, başa düşmək lazımdır ki, vizasız rejim müəyyən şərtlərdə hər an dayandırıla bilər. Bu tam açıq qapı deyil və istənilən vaxt örtülə bilər”, - politoloq “Sputnik” radiosunun efirində deyib.

Onun sözlərinə görə, Kiyev vizasız rejimin əvəzində Avropa İrrifaqı ilə müəyyən məsələlərdə hesablaşmalı olacaq:

“Avropa İttifaqı iqtisadi və siyasi vəziyyət nöqteyi-nəzərindən Ukraynada olan qeyri-müəyyən vəziyyətdən yorulub. Avropaya Ukrayna münaqişəsi lazımlı deyil”, - ekspert vurğulayıb.

Vizasız rejim üçün uzun yol

Avropa İttifaqı və Ukrayna arasında viza rejiminin liberallaşdırılması haqqında dialoq 2008-ci ildə başlanıb. Ancaq konkret iş planı yalnız 2010-cu ilin noyabrında Kiyevə təklif edilib.

Ukrayna parlamenti bütün tələb edilən qanun layihələrini 2015-ci ilin dekabrında qəbul edib. Bundan sonra Avropa Komissiyası bütün şərtlərin Kiyev tərəfindən icra olunduğunu təsdiqləyib.

Cari il aprelin əvvəlində Avropa Parlamenti vizasız rejim haqqında qərarı bəyəndi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm