“İndi buna hazırlıq gedir” - Rusiyanın gizli planı AÇIQLANDI
Bizi izləyin

Dünya

“İndi buna hazırlıq gedir” - Rusiyanın gizli planı AÇIQLANDI

Rusiya Federasiyası Donetsk və Luqansk vilayətlərinin işğal edilmiş ərazisinin anşlyusunu (zorla birləşdirilməsi – red.) gizli şəkildə hazırlayır.

Publika.az Ukraynanın “Obozrevatel” nəşrinə istinadən xəbər verir ki, bunu ölkənin Almaniyadakı səfiri Andrey Melnik “Deutschlandfunk” radiosuna müsahibəsində bildirib.

Onun sözlərinə görə, Moskva bu məqsədlə işğal edilmiş Donbas ərazisində yeni “referendum” keçirməyi fikirləşir: “Bilirik ki, indi buna hazırlıq gedir. Yeni “referendum” Rusiyaya birləşmə haqqında məsələni həll edəcək”.

Xatırladaq ki, dünən “Donetsk Xalq Respublikası” separatçı rejimin başçısı Aleksandr Zaxarçenko “inteqrasiya komitəsi”nin iclasında Rusiya ilə yenidən birləşmənin əsas hədəf olduğunu deyib.

“Vətənlə yenidən birləşmə bizim hədəfimizdir. Bu vətən Rusiyadır. Komitənin son məqsədi və bütün işi yalnız vətənə qayıdışa yönəlib”, - separatçıların lideri bildirib.

Daha əvvəl isə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Rusiya Donetsk və Luqansk “xalq respublikaları”nı öz tərkibinə daxil etməyə çalışmır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm