• USD 1,7000 0,00% EUR 2,0259 0,00%
    • GBP 2,3667 0,00% RUB 0,0235 0,00%

İranda terror aktının qarşısı alındı

  • Dünya
  • 14 May 2017 01:32
  • 626 Baxış
İranda terror aktının qarşısı alındı

İran xüsusi xidmət orqanları ölkə ərazisində hazırlanan terror aktının qarşısını alıblar, xüsusi əməliyyat zamanı külli miqdarda partlayıcı maddələr götürülüb.

Publika.az xəbər verir ki, bu barədə İranın Kəşfiyyat Nazirliyinin saytında bildirilir.

“Xüsusi əməliyyat zamanı İnqilaba qarşı fəaliyyət göstərən və ölkə ərazisində partlayış hazırlayan terror qruplaşmasının planları ifşa edilərək pozulub”, - deyə məlumatda bildirilir. Əməliyyat zamanı xeyli miqdarda partlayıcı maddələr götürülüb.

Bəyanatda əməliyyatın tarixi və keçirildiyi məkan barədə məlumat verilmir. Nazirlik həmçinin qruplaşmanın adını açıqlamayıb. Məlumatda qruplaşmanın xarici qüvvələrin xeyrinə casusluq etdiyi vurğulanır.

Terror aktının qarşısının alınması barədə məlumat 19 may tarixində keçiriləcək prezident seçkilərinə bir neçə gün qalmış yayılıb. (apa)

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR