Ərdoğan NATO-nun sammitinə gedir
Bizi izləyin

Dünya

Ərdoğan NATO-nun sammitinə gedir

Görüşlərdə əsas müzakirə olunacaq məsələlər terror və miqrantlarla bağlı olacaq.

Mayın 24-25-də Brüsseldə NATO-ya üzv ölkələrin dövlət başçılarının sammiti keçiriləcək.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, iclasda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirakı dəqiqləşib.

Sammit çərçivəsində Ərdoğanın NATO dövlət başçıları ilə ikitərəfli görüşləri də palanlaşdırılır.

Bundan əlavə, Türkiyə prezidentinin Avropa Birliyi və Avropa Şurası rəhbərləri ilə də görüşləri nəzərdə tutulur.

Görüşlərdə əsas müzakirə olunacaq məsələlər terror və miqrantlarla bağlı olacaq.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm