İrəvanda seçicilərin bülletendəki QEYDLƏRİ ORTALIĞI QARIŞDIRDI - FOTOLAR
Bizi izləyin

Dünya

İrəvanda seçicilərin bülletendəki QEYDLƏRİ ORTALIĞI QARIŞDIRDI - FOTOLAR

Dünən İrəvan merliyinə keçirilən seçkilərdə erməni seçicilər bülletenlərə namizədlərin adlarını işarələmək əvəzinə, öz problemlərini yazıblar.

Publika.az
xəbər verir ki, 8/24 saylı seçki məntəqəsində etibarsız sayılan bülletenlərdə hakim partiyanın namizədi, İrəvanın meri seçilən Taron Markaryan maraqlı müraciətlər edilir.

Seçicilərin biri bülletenə “10000” yazıb. Ermənistan mediası ehtimal edir ki, bu, seçicinin hakim partiyanın namizədinə səs vermək üçün aldığı 10000 dramı göstərir.

Digər seçici isə “mənə itirilmiş inamı qaytarın” deyə qeyd edib. Başqa bir seçici isə seçki bülletenində “öləcəm” yazaraq, intihar mesajını verib. Buna səbəb həmin seçicinin sosial vəziyyətinin ağır olmasıdır. Onun qeydlərindən belə anlaşılır ki, müvafiq orqanlar problemini dinləmədiyi üçün bu seçici öz səsini bülleten vasitəsilə eşitdirmək qərarına gəlib.

Qeyd edək ki, İrəvan merliyinə seçkilər total saxtakarlıqla müşahidə olunub.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm