Kreml onun qələmini qırdı: Putinin iqamətgahında GİZLİ GÖRÜŞ
Bizi izləyin

Dünya

Kreml onun qələmini qırdı: Putinin iqamətgahında GİZLİ GÖRÜŞ

Kremlin Ukraynada gözlənilməz “favorit”i məlum olub.

Kremlin Ukraynada gözlənilməz “favorit”i məlum olub.

Publika.az “Obozrevatel” nəşrinə istinadən xəbər verir ki, bunu ukraynalı hüquqşünas, Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin Maydan hadisələrində iştirakı üzrə işi aparan prokuror Aleksey Don deyib.

Onun sözlərinə görə, Kremlin Ukraynadakı “favorit”i bu ölkənin keçmiş baş naziri Nikolay Azarovdur. Prokuror qeyd edir ki, Kreml həmişə Ukraynanın keçmiş baş nazirinə Rusiyaya qaçmış sabiq prezident Viktor Yanukoviçlə müqayisədə daha yaxın olub. Aleksey Don qeyd edir ki, Azarov Yanukoviçlə müqayisədə daha rusiyayönlü mövqe tuturdu.

O iddia edir ki, Yanukoviç Rusiya hakimiyyəti üçün hər hansı maraq kəsb etmir.

Don həmçinin qeyd edib ki, Azarov Rusiya prezidenti Vladimir Putinlə Yanukoviçin 2014-cü il fevralın 18-dən 19-a keçən gecə telefon danışığı zamanı Rusiya liderinin qonağı idi.

“Bizim informasiyamıza görə, Putin və Azarov Rusiya liderinin Moskva və Sankt-Peterburq arasında yerləşən iqamətgahlarından birində idilər”, - o bildirib.

Hazırda Rusiyada yaşayan Nikolay Azarov bu ölkənin “İzvestiya” nəşrinə yanvar ayında verdiyi müsahibəsində bildirib ki, “Ukraynanın Qurtuluşu Komitəsi” (Rusiyada yaradılan bu quruma özü başçılıq edir –red.) 2014-cü ildə Ukraynada dövlət çevrilişi faktını tanıyan Moskva məhkəməsinin qərarından sonra beynəlxalq məhkəmələrə müraciət edəcək.

Sabiq baş nazir həmçinin bildirib ki, mühacirətdə Ukrayna hökumətinin yaradılmasını tamamilə real hesab edir. O, əlavə edib ki, ölkədə bunun üçün lazımı ilkin şərtlər yaranmalıdır.

Xatırladaq ki, 2016-cı il dekabrın 27-də Moskvanın Doroqomilovski rayon məhkəməsi Maydan hadisələri ilə bağlı Ukrayna Ali Radasının keçmiş üzvü Vladimir Oleynikin iddiasını təmin edib. Məhkəmə Kiyevdəki Maydan hadisələrini “dövlət çevrilişi” kimi tanıyıb.

Maydan hadisələri zamanı (2013-cü ilin sonu-2014-cü ilin əvvəli –red.) Rusiyaya qaçan Ukraynanın sabiq baş naziri daha əvvəl – 2016-cı ilin fevralında bildirib ki, “ölkənin dirçəlişi planının reallaşdırılması” üçün Ukraynaya qayıtmağı düşünür.

Onun sözlərinə görə, Ukraynada baş verən hadisələri diqqətlə izləyir və insanlarla ünsiyyət saxlamaqda davam edir. Azarov Ukraynada sistemli dövlət idarəçiliyinin olmadığını qeyd edib.

Bundan başqa, Azarov Ukraynanın “qurtuluşu üçün” absurd ideyanı - Ali Radanın yeddinci çağırışının bərpa edilməsini təklif edib. Sabiq baş nazir əmindir ki, vəkalət müddəti 2017-ci ildə başa çatacaq Ali Radanın yeddinci çağırışı Ukraynada yeganə qanuni hakimiyyət orqanıdır.

“Konstitusiyada heç bir prezidentin səlahiyyətlərinin müvəqqəti icraçısı nəzərdə tutulmayıb. Amma bu postu Turçinov qanunsuz tutdu. Yeddinci çağırış Ali Radanın səlahiyyətləri bərpa edilməlidır”, - Azarov vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm