2 saat kofe içdi və öldü - - FOTO
Bizi izləyin

Dünya

2 saat kofe içdi və öldü - - FOTO

ABŞ-da 16 yaşlı oğlan 2 saat içində həddindən çox kofein qəbul etdiyi üçün dünyasını dəyişib

Publika.az xəbər verir ki, 16 yaşlı Deyvis Allen Kripe ABŞ-ın cənubi Karolina ştatında yaşayayır.

Həkimlərin verdiyi məlumata görə, oğlanın heç bir xəstəliyi olmayıb. Onun ölümünə yüksək dozada kofein qəbulu səbəb olub.

Oğlanın dostları Kripenin iki saat ərzində bir "latte", bir böyük stəkan kofe və müxtəlif energetik içkilər qəbul etdiyini deyiblər.

Mütəxəssis Harri Uayt ekspertizaya göndərilən cəsəd haqqında ilkin fikirləri təsdiqləyərək, 16 yaşlı Deyvis Allen Kripenin həqiqətən də yüksək dozada kofein səbəbindən dünyasını dəyişdiyini deyib.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm