• USD 1,7000 0,00% EUR 2,0390 -1,10%
    • GBP 2,3789 -0,67% RUB 0,0235 -0,43%

“Dörd gün qaldı, qanlı hücumlar olacaq!” - Dünyaya DƏHŞƏTLİ XƏBƏRDARLIQ

  • Dünya
  • 23 May 2017 15:07
  • 3 648 Baxış
“Dörd gün qaldı, qanlı hücumlar olacaq!” - Dünyaya DƏHŞƏTLİ XƏBƏRDARLIQ

İŞİD döyüşçüləri dünən Manşesterdə törədilən terror aktına görə məsuliyyəti üzərinə götürsə də, ekspertlər başqa fikirdədirlər.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, ekspertlər terror aktının müstəqil hərəkət edən şəxs tərəfindən törədildiyini bildirirlər.

Terror aktını törədən kamikadzenin şəxsiyyəti haqqında hələlik ətraflı informasiya yoxdur. Mançester polisinin versiyasına görə, terror aktını bir nəfər törədib. Partlayıcı qurğunu üzərində stadiona keçirən kamikadze onu işə salıb.

“Onun xaricdən planlaşdırılmış terror aktı olması ehtimalı son dərəcə kiçikdir”,- “Control Risks” konsaltinq şirkətinin baş direktoru Riçard Fenninq CNBC kanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Avropada son zamanlar həyata keçirilən terror aktları terror təşkilatlarının xüsusu təlimatı olmadan hərəkət edən şəxslərin sayının artdığını göstərir. Riçard Fenninq qeyd edib ki, Vestminster körpüsündə baş verən hadisə (2017-ci il martın 22-də paytaxt Londonda baş verən terror hücumunda bir İŞİD tərəfdarı avtomobili insanların arasında sürərək 6 nəfərin ölümünə səbəb olmuşdu –red.) də bunu göstərir. O bildirib ki, bu insanlar qapalı həyat tərzini seçirlər, onların həvəsləri başqalarına ciddi ziyana vurmaq arzusunu inkişaf etdirir.

Fenninq vurğulayıb ki, “tək terrorçu”lar tərəfindən törədilən terror aktları proqnozlaşdırmaq və qarşısını almaq çox çətindir. Onun sözlərinə görə, əgər terror aktı planlaşdırılmış kampaniyanın bir hissəsidirsə, kəşfiyyat xidmətləri lazımi məlumatları toplaya biləcək.

“Terror aktlarına gəlincə, insanları buna itələyən motivlərdə heç bir qanunauyğunluq yoxdur”, - ekspert deyib.

“Stratfor” analitik şirkətinin terrorizmlə mübarizə və korporativ təhlükəsizlik üzrə vitse-prezidenti Fred Berton isə CNBC-yə müsahibəsində deyib ki, Avropada ən böyük qapalı stadionlardan birində partlayışa hazırlıq prosesindəki strateji planlaşdırma heyrət doğurur.

“Kamikadze konkret olaraq stadiona öldürmək niyyəti ilə gəlmişdi. İndiki halda yaxşı düşünülmüş plan haqqında danışmaq olar. Şübhəsiz ki, onu planlaşdıranların nöqteyi-nəzərindən çox müvəffəqiyyətli əməliyyat idi. Hüquq-mühafizə orqanları araşdırma aparmalıdır ki, məhz hansı partlayıcı qurğu stadionda işə salınıb və onu kim hazırlayıb. Terror aktında bir çox insan iştirak edə bilər. Əgər polislər bombanın istehsalçısını aydınlaşdırmağı bacararsa, bu istintaqa çox kömək edəcək”, - Berton vurğulayıb.

Təhlükəsizlik üzrə ekspert, terrorizmlə mübarizə sahəsində tədqiqatların müəllifi Enn Spekxard hesab edir ki, beynəlxalq cəmiyyət yeni terror aktlarına hazırlaşmalıdır. İŞİD terror qruplaşmasının ələ keçirdiyi əraziləri itirdiyini deyən ekspert hesab edir ki, Ramazan ayı yaxınlaşır (ayın 27-də başlanır – red.) və döyüşçülər tamamilə mümkündür ki, öz gücünü nümayiş etdirmək istəyəcəklər.

Xatırladaq ki, ötən gecə Mançester şəhərində konsert zamanı stadionda baş verən partlayış nəticəsində 22 nəfər ölüb, 59 nəfər yaralanıb.

Ömər Dağlı

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR