Lavrov: “Nəticələrin məhvedici olacağını ABŞ da etiraf edir”
Bizi izləyin

Dünya

Lavrov: “Nəticələrin məhvedici olacağını ABŞ da etiraf edir”

“Güc ssenarilərinin nəticələrinin məhvedici olacağı hamı tərəfindən etiraf edilir".

"Koreya Xalq Demokratik Respublikası ətrafındakı vəziyyətin həlli üçün güc ssenarilərinin tətbiqinin məhvedici nəticələrinin olacağı hamı, həmçinin ABŞ tərəfindən etiraf edilir".

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov çinli həmkarı Van İ ilə görüşündə bildirib.

“Güc ssenarilərinin nəticələrinin məhvedici olacağı hamı tərəfindən etiraf edilir. Birləşmiş Ştatların müdafiə naziri Ceyms Mettisin məsələ ilə bağlı bu yaxınlarda söylədiyi fikirləri qeyd edəcəyəm. O birbaşa dedi ki, Koreya yarımadasının problemlərinin nizama salması üçün güc ssenarilərinin tətbiqi məhvedici və faciəli olacaq”, - Rusiya xarici siyasət idarəsinin başçısı deyib.

Onun sözlərinə görə, problemin siyasi həllini axtarmaq lazımdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm