Dünya
İrəvanın qorxunc hiyləgərliyi: Putin ERMƏNİ İŞĞALINA qarşı hərəkətə keçdi
Bir müddət öncə Rusiya Liberal-Demokrat Partiyasının
lideri, Duma üzvü Vladimir Jirinoviskinin “Abxaziya yemək üçün
ermənilərə verilib” sözləri mediada geniş yayıldı. Olduqca sərt
danışan Jirinoviskinin bu sözlərinin əslində Kremldə də ciddi qəbul
edildiyinə dair informasiyalar var. Hətta Kreml rəhbərliyinin
vəziyyətlə yaxından maraqlandığı deyilir.
Publika.az xəbər verir ki, problem Abxaziyanı qarış-qarış
işğal edən erməni diasporudur. Hansı ki, abxaz mediası ermənilərin
tanınmamış respublikanın bütün sferalarında yerləşməsi ilə bağlı
zaman-zaman siqnal verirdi.
Abxaziyadan olan Timur adlı biznesmen (şəxs adının tam
açıqlanmasını istəməyib) Rusiya mediasına açıqlamasında bildirib
ki, Abxaziyada erməni diasporunun sayı abxazların sayını ən azı bir
yarım dəfə ötür: “Ermənilər bura uzun illər öncə gəldilər və
koloniyalar şəkilində yaşamağa başladılar. Həmçinin, özlərinin
kəndlərini yaratdılar. Ermənilərin çoxalmasının ikinci bumu
Ermənistanda zəlzələdən sonra oldu”.
Krasnador vilayətindən olan Anzor adlı biznesmen də (bu şəxs də
adının tam açıqlanmasını istəmir) Jirinoviskinin sözlərində həqiqət
payının olduğunu deyib.
Onun sözlərinə görə, Abxaziyada olduğu kimi Krasnadorda da
ermənilərin təsir dairəsi genişlənir: “Bələdiyyə xidmətlərində və
biznes sahəsində ermənilərin təsiri sürətlə artır”.
Timur isə bildirir ki, Krasnador vilayəti çoxdan kazakların və
ermənilərin arasında bölüşdürülüb.
“Erməni diasporunun nümayəndələri yerli idarəetmənin bütün
səviyyələrini praktiki olaraq zəbt ediblər. Ermənilərin
çoxalmasının bir sıra səbəbi var. Onlar bir-birinə qarşılıqlı kömək
göstərir. Bununla yanaşı, abxazlar və çərkəslərdən fərqli olaraq
doğum sayı yüksəkdir”, - deyə o bildirib.
Biznesmen qeyd edir ki, ictimai gərginlik hiss olunmasa da, aşağı
səviyyədə ermənilərlə yerli əhali arasında qarşıdurmalar baş verir:
“Vəzifədə olan ermənilər öz qanlarından olanlara daha çox üstünlük
verir. Buna görə də lokal münaqişələr yaşanır”.
Anzor isə gərginliyin gizli şəkildə davam etdiyini vurğulayır.
“Qarşıdurmanın səviyyəsini görmək üçün internetə baxmaq lazımdır.
Ermənilər Qafqaz müharibəsi dövründə dağlı müsəlmanların
torpaqlarını zəbt ediblər. Bu proses indi də davam edir. Əsasən
torpaq uğrunda mübarizə gedir”, - deyə o bildirib.
Asif
-
Kriminal18:12
Tulin Ələkbərovanın sevgilisi tərəfindən döyülməsi faktı araşdırıldı: nəticə... - VİDEO
-
Kriminal17:32
Faciəvi şəkildə ölən tələbənin ailəsi məhkəməyə getməkdən imtina etdi - FOTO
-
Nida Təhlil 17:11
İrəvan “Krokus”la bağlı bəyanatı rədd etdi: Kreml necə cəzalandıracaq?
-
Sosial16:58
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi
-
Sosial16:36
Azərbaycanda sayğaclar ikiqat hesablayır - ŞOK İDDİA
-
Sosial16:08
Əli Əsədov yeni qərar imzaladı
-
Rəsmi xronika14:51
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Xəbər 14:26
Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı