Amerika kəşfiyyatı rusların danışıqlarını ələ keçirdi – TRAMPI LƏKƏLƏYƏCƏKLƏR
Bizi izləyin

Dünya

Amerika kəşfiyyatı rusların danışıqlarını ələ keçirdi – TRAMPI LƏKƏLƏYƏCƏKLƏR

"Bütün bunlar bizim rəqiblərimizin dəyirmanına su tökür və ölkə üçün təhlükə yaradır”.

Amerika xüsusi xidmət orqanları ABŞ-da seçkiqabağı prezident kampaniyası dövründə Rusiya rəsmi şəxsləri arasında danışıqları ələ keçirib.

Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ Konqresindəki mənbələrə və kəşfiyyatın keçmiş əməkdaşlarına istinadən CNN telekanalı bildirib.

Bildirilir ki, danışıqlarda indiki amerika lideri Donald Tramp və onun köməkçiləri haqqında potensial ləkələyici məzmunlu informasiyalar müzakirə edilirdi.

Mənbələrdən biri bildirib ki, danışıqlardan birinin gedişatında müzakirə edilən informasiya maliyyə xarakteri daşıyırdı. Söhbətin məzmunu Amerika kəşfiyyatında belə təəssürat yaradıb ki, rusiyalılar onlarda olan ləkələyici informasiyanın köməyi ilə ABŞ administrasiyasına təsir göstərmək imkanına malik olduqlarını hesab edirdilər.

Eyni zamanda, başqa mənbənin sözlərinə görə, ruslar ola bilər ki, ABŞ administrasiyasına təsir göstərmək imkanı haqqında fikirlərini şişirdirdilər.

Ağ Evin mətbuat xidmətinin əməkdaşı CNN kanalına bildirib ki, deyilənlər həqiqəti əks etdirmir. Onun sözlərinə görə, anonim mənbələr tərəfindən səsləndirilən bəyanatlar prezidenti ləkələmək məqsədi daşıyır.

“Əslində son on il ərzində prezidentin gəlirlərinin icmalı göstərir ki, o praktik olaraq Rusiya ilə heç bir maliyyə əlaqələrinə malik deyildi. Deyəsən, prezidentin siyasi rəqibləri öz saxta iddialarını daim təkrarlamaq üçün hər şeyə getməyə hazırdır. Bütün bunlar bizim rəqiblərimizin dəyirmanına su tökür və ölkə üçün təhlükə yaradır”, - Ağ Evin rəsmisi deyib.

ABŞ xüsusi xidmət orqanlarının rəsmi nümayəndələri isə mənbələrin iddialarını şərh etməkdən imtina ediblər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm