İran ölkələri birləşdirdi: MOSSAD-ın açdığı planda “Yeni İŞİD” DETALI
Bizi izləyin

Dünya

İran ölkələri birləşdirdi: MOSSAD-ın açdığı planda “Yeni İŞİD” DETALI

ABŞ İranın Aralıq dənizindən açmaq istədiyi yolu bağlama istəyir.

PKK terror təşkilatının nəzarətində olan İraqın Sincar bölgəsinin cənubundakı bəzi yaşayış məntəqələrini ələ keçirən “Haşdi Şabi” qruplaşması Suriya-İraq sərhədində yerləşib.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, İraqın baş naziri Heydər Əl İbadi “Haşdi Şabi”nin Suriya sərhədinə çatdığını açıqlayıb.

“Jerusalem Post” qəzeti isə bir analizində olduqca təhlükəli prosesin baş verdiyini yazıb. Nəşr qeyd edir ki, İrana yaxın silahlı qruplar İran və Suriya arasında quru əlaqəsi yarada bilər. Xüsusilə, Yaxın Şərqin “Yeni İŞİD”i adlandırılan “Haşdi Şabi”nin tərkibindəki “Bədir Briqadaları”nın İran hökumətinə çox yaxın olduğuna diqqət çəkilir. Nəşr “Haşdi Şabi”nin lideri Hadi Əl-Amirinin də İran İslam İnqilabı Keşikçilər Korpusunun (“Sepah”) tərkibindəki “Əl-Qüds” xüsusi elit bölmənin komandiri general Kasım Süleymani ilə yaxın əlaqədə olduğunu yazıb.

“Jerusalem Post” bu vəziyyətin İsrail üçün bir təhlükə yaradacağını qeyd edib. Bildirilir ki, Livanın “Hizbullah” şiə təşkilatı Suriyadan İrandan silah almaq üçün dəhliz kimi istifadə edir.

“Haşdi Şabi”nin son hücumlarına Şimali İraq kürd muxtariyyətinin Peşmərgə gücləri də sərt reaksiya verib. Peşmərgənin Sincar cəbhəsinin komandiri Sərbəst Lezgin K24 telekanalına şərhində “Haşdi Şabi” güclərinin Sincar bölgəsində təktərəfli əməliyyat başlamasını Ərbil və Bağdad arasındakı hərbi razılaşmanın pozulması anlamına gəldiyini deyib.

Daha əvvəl “Haşdi Şabi”nin 16 ölkədən aldığı 100-dən çox fərqli silah növündən istifadə etdiyi Beynəlxalq Əfv Təşkilatının (Amnesty International) hesabatlarında yer alıb. Xüsusilə İraqdakı qətliamlarla ad çıxaran “Haşdi Şabi” daha sonra Suriya lideri Bəşər Əsədin dəvəti ilə Hələbin müxalifət qüvvələrindən təmizlənməsində rol alıb.

Beynəlxalq Əfv Təşkilatı “Haşdi Şabi”nin müsəlman ərəbləri sistematik şəkildə qətl etdiyini müəyyənləşdirib. Təşkilat Bağdadı “Haşdi Şabi”ni silahlandırmaqda və insan haqlarının pozulmasına göz yummaqda ittiham edib.

Beynəlxalq Əfv Təşkilatının silah üzrə mütəxəssisi Patrik Vilsken qeyd edib ki, İraqı silahla təmin edən ABŞ, Rusiya, İran və Avropa ölkələri bu silahların terror təşkilatlarının əlinə keçmə riskinin yüksək olduğunu bilməlidir.

Təşkilat 2016-cı ilin oktyabr ayında hazırladığı bir başqa hesabatda İraqda İŞİD-dən qaçan vətəndaşların “Haşdi Şabi”nin hücumlarına məruz qaldığını bildirmişdi. Təşkilat bu hücumları “müharibə cinayətləri” olaraq xarakterizə etmişdi.

“Haşdi Şabi”nin formalaşmasında ən önəmli addımı 2016-cı il noyabrın 26-da İraq parlamenti atıb. Parlament “Haşdi Şabi”nin İraq Silahlı Qüvvələrinin himayəsi altına alınmasını nəzərdə tutan qanun layihəsini qəbul edib. Bununla da İŞİD-dən çox da fərqlənməyən bir terror təşkilatı ölkə daxilində legitimlik qazandı.

Qanun layihəsi İraq parlamentindəki sünni millət vəkillərinin etirazı ilə qarşılansa da, nəticə dəyişmədi. Qanunun qəbulundan sonra sünni millət vəkilləri sünni bölgələrdə analoji təşkilatların yaradılması təklifi ilə çıxış etdilər. Lakin "Milli Gözətçilər qanunu" layihəsi parlamentdəki iranpərəst qrup tərəfindən rədd edilib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

İsrail kəşfiyyatı MOSSAD-a yaxın olan “Debka” saytının dünən yazdığı bir xəbər isə ABŞ-ın İrana yaxın olan təşkilatların İraq-Suriya sərhədinə çıxmasından narahat olduğunu göstərir. Sayt ABŞ-ın Rakka əməliyyatı öncəsi İŞİD-lə görüş keçirdiyini xəbər verib.

Bildirilir ki, Pentaqonun məqsədi Rakkanı döyüş olmadan xilas etməkdir. İŞİD-lə görüşən ABŞ zaman qazanaraq, İraq və Suriya sərhədinə ikitərəfli hücum etmək və İranın Aralıq dənizindən açmaq istədiyi yolu bağlama istəyir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm