Putindən SON SÖZ: “...siyasi proses haqqında danışmaq mümkün deyil”
Bizi izləyin

Dünya

Putindən SON SÖZ: “...siyasi proses haqqında danışmaq mümkün deyil”

"Balaca çamadanlı insanlar gəlirlər və necə etməli olduğunu izah etməyə başlayırlar. Və hər şey birdən dəyişir”

“Suriyada dörd təhlükəsiz zonanın yaradılması haqqında razılaşma çox əhəmiyyətli idi. Çünki qan tökülməsi dayandırılmasa, siyasi proses haqqında danışmaq mümkün deyil”.

Publika.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Fransaya səfərinin gedişatında “Le Figaro” qəzetinə müsahibəsində deyib.

Putinin sözlərinə görə, o çox istəyir ki, bu zonalar Suriya ərazisinin bölünməsi üzrə gələcəkdə hansısa bir nümunə olmasın.

“Əksinə, mən ümid edirəm ki, həmin zonalarda vəziyyətə nəzarət edəcək insanlar rəsmi Suriya hakimiyyəti ilə qarşılıqlı münasibət quracaqlar. Və növbəti addım artıq sülhün əldə edilməsi üzrə siyasi prosesdir. Əgər mümkündürsə, yeni Konstitusiyanın hazırlanması və seçkilərin keçirilməsinə nail olmaq lazımdır”, - Rusiya dövlətinin başçısı deyib.

Putin bildirib ki, Suriya hakimiyyətinin kimyəvi silah tətbiq etdiyi barədə heç bir sübut mövcud deyil. O vurğulayıb ki, kampaniyanın tək hədəfi ölkə hakimiyyətinə təzyiq göstərməkdir:

“Biz amerikalı partnyorlarımıza dərhal təklif etdik ki, kimyəvi silahı tətbiq etmiş təyyarələrin qalxdığı iddia olunan aerodromda yoxlama keçirək. Prezident Əsədin rəsmi hərbi strukturları tərəfindən kimyəvi silah tətbiq edilsəydi, onun izləri aerodromda mütləq qalar, müasir nəzarət vasitələri hadisəni dəqiq qeydə alardı. Bu, qaçılmazdır. Amma yoxlamanı keçirməkdən imtina etdilər. Biz dərindən inanırıq ki, bu sadəcə təxribat idi. Kimyəvi silahı Əsəd tətbiq etməyib”.

V.Putin ABŞ-dakı prezident seçkilərinə Rusiya hakerlərinin müdaxiləsi barədə səslənən ittihamlara da cavab verib. Kremlin lideri qeyd edib ki, Rusiya heç vaxt bununla məşğul olmur və bu onlara lazım deyil.

“Prezidentlər gəlirlər və gedirlər, amma siyasət dəyişmir. Bilirsiniz, niyə? Çünki bürokratiya hakimiyyəti çox güclüdür. İnsanı seçirlər, o da hansısa ideyalarla gəlir. Amma balaca çamadanlı insanlar gəlirlər və necə etməli olduğunu izah etməyə başlayırlar. Və hər şey birdən dəyişir”, - Putin vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm