İran parlamentinə yeni sədr seçildi
Bizi izləyin

Dünya

İran parlamentinə yeni sədr seçildi

İran İslam Şurası Məclisinin (parlament) sədri və rəyasət heyətinin üzvləri seçilib. Bununla əlaqədar mayın 31-də keçirilən iclasda parlamentin sədri vəzifəsinə yeganə namizəd olan Əli Laricani 268 səsdən 204-nü toplayıb.

Səsvermədə, həmçinin Məsud Pezeşkan 179 və Əli Mütəhhəri 163 səslə parlament sədrinin 1-ci və 2-ci müavinləri seçiliblər.

Əli Laricani 2008-ci ilin aprelindən İran parlamentinin sədridir.

İranda parlamentin sədri və rəyasət heyətinin üzvü vəzifələrinə seçkilər hər il keçirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm