Kamikadze Mançester terrorundan saatlar əvvəl... - YENİ DETALLAR - VİDEO
Bizi izləyin

Dünya

Kamikadze Mançester terrorundan saatlar əvvəl... - YENİ DETALLAR - VİDEO

Abedinin hücum təlimatının həmin nömrələrin sahiblərindən aldığı ehtimal edilir.

İngiltərənin Mançester şəhərində terror aktı törətməkdə şübhəli bilinən Salman Abedi hücumdan bir neçə saat əvvəl naməlum nömrələrə Liviyaya zəng edib.

Publika.az xəbər verir ki, bu haqda “Times” nəşri yazıb.

Abedinin hücum təlimatının həmin nömrələrin sahiblərindən aldığı ehtimal edilir.

Nəşr yazır ki, kamikadze olan Abedi terror aktının törədilməsindən əvvəl vidalaşmaq üçün Tripolidə olan anasına zəng edib. Bundan başqa, o daha bir neçə nəfərə zəng edib. Hazırda polis Abedinin təlimatı telefonla alıb-almadığını müəyyən etməyə çalışır.

Xatırladaq ki, terror aktı mayın 22-də “Mançester Arena”dakı konsert zamanı törədilib. Hadisə nəticəsində 12-si uşaq olmaqla, 22 nəfər həlak olub. Terror aktına görə məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürüb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm