Putin: “Bu, qızğın silahlanmaya itələyir”
Bizi izləyin

Dünya

Putin: “Bu, qızğın silahlanmaya itələyir”

​​​​​​​“Hərbi potensialın genişləndirilməsi Rusiyanın təşəbbüsü deyil”.

“Hərbi potensialın genişləndirilməsi Rusiyanın təşəbbüsü deyil”.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Sankt-Peterburq beynəlxalq iqtisadi forumunda beynəlxalq informasiya agentliklərinin başçıları ilə görüşündə Rusiya prezidenti Vladimir Putin deyib.

Putin qeyd edib ki, Rusiya Cənubi Koreyada yerləşdirilən THAAD sistemləri də daxil olmaqla, öz sərhədlərində Amerika raket hücumundan müdafiə sistemlərinin yerləşdirilməsinə reaksiya verir.

“Bu, regionda baş verənlərə cavabdır. Amerikanın raket hücumundan müdafiə sistemlərini genişləndirməsi qızğın silahlanmaya itələyir”, - Putin vurğulayıb.

Kremlin başçısı bildirib ki, Rusiya onun sərhədlərinə NATO-nun irəliləyişinə sakit şəkildə baxmayacaq:

“Budur, NATO-nun bazaları bizim qərb sərhədlərimizə hərəkət edir, infrastruktur yaxınlaşır, hadisələr inkişaf edir. Yaxşı, biz nə etməliyik, buna sakit baxmalıyıq? Xeyr, belə olmayacaq. Biz müvafiq yolla reaksiya veririk”.

“Rusiya hakerləri” haqqında suala cavab verən prezident vurğulayıb ki, hakerlər dünyanın istənilən ölkəsindən çıxa bilər. O həmçinin qeyd edib ki, heç bir haker istənilən seçki kampaniyasının gedişinə kardinal təsir edə bilməz.

“Ən vacibi budur ki, biz dövlət səviyyəsində heç vaxt bununla məşğul olmamışıq”, - Putin söyləyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm