Mosulda qalan İŞİD döyüşçülərinin sayı açıqlandı
Bizi izləyin

Dünya

Mosulda qalan İŞİD döyüşçülərinin sayı açıqlandı

İŞİD terror qruplaşmasının mindən az döyüşçüsü qalıb.

İraqın Mosul şəhərində İŞİD terror qruplaşmasının mindən az döyüşçüsü qalıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda beynəlxalq koalisiyasının rəsmi nümayəndəsi, ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) polkovniki Rayan Dillon brifinqdə bildirib.

“Bizim qiymətləndirmələrimizə görə, Mosul şəhərində hazırda mindən daha az döyüşçü qalıb”, - o deyib.

İraqda İŞİD-in ən böyük qalası olan Mosulun azad edilməsi üzrə əməliyyat 2016-cı ilin oktyabrından ABŞ-ın başçılıq etdiyi koalisiyanın dəstəyi ilə davam edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm