• USD 1,7000 0,00% EUR 1,9143 +0,64%
    • GBP 2,1553 +0,95% RUB 0,0267 +0,75%

Rusiya böyük qələbədən necə məhrum edildi? - Amerika KİV-i DETALLARI AÇIQLADI

  • Dünya
  • 2 İyun 2017 12:09
  • 1 327 Baxış
Rusiya böyük qələbədən necə məhrum edildi? - Amerika KİV-i DETALLARI AÇIQLADI

Donald Trampın prezidentliyinin birinci həftələrində ABŞ administrasiyasının nümayəndələri Dövlət Departamentinin əməkdaşlarına Rusiyaya qarşı tətbiq olunan iqtisadi sanksiyaların ləğvi üzrə planı hazırlamağı tapşırmışdılar.

Publika.az xəbər verir ki, bu haqda “Yahoo News” portalı mənbələrə istinadən bildirir.

Onların informasiyasına görə, Tramp administrasiyasının bu səyləri Dövlət Departamentinin bəzi məmurlarını təşvişə salıb və onlar dərhal Konqresdə müvafiq qanun layihəsinin qəbulu ideyasına qarşı çıxmağa başladılar.

“Ağ Evdə birtərəfli qaydada sanksiyaların ləğvi haqqında məsələyə ciddi olaraq baxırdılar”, - Amerika xarici siyasət idarəsinin keçmiş əməkdaşı, cari ilin fevralın sonuna kimi sanksiyalar siyasəti məsələləri üzrə əsas koordinator postunu tutmuş Den Frid deyib.

Onun sözlərinə görə, Trampın prezidentliyinin birinci bir neçə həftəsində Amerika məmurlarından “dəhşətli” zənglər alırdı və onlar sanksiyaların ləğvi üzrə prosesi dayandırmaq üçün yalvarırdılar. Frid söyləyib ki, o, bundan narahat olub və Konqresdəki müttəfiqlərlə, həmçinin senator Ben Kardinlə əlaqə saxlayaraq onları qanun layihəsini tez qəbul etməyə çağırıb.

ABŞ dövlət katibinin sabiq köməkçisi Tom Malinovski “Yahoo News”a bildirib ki, o da həmçinin qanun layihəsinin qəbulu üzrə ideyaya qarşı çıxmağa başlayıb.

“Bu, Moskvanın birtərəfli qələbəsi olardı”, - Malinovski deyib.

Qeyd edək ki, Malinovski istefadan bir neçə gün əvvəl “Maqnitsk qanunu” çərçicəsində sanksiyalar tətbiq olunan ən yüksək rusiyalı vəzifəli şəxslər üzrə şəxsi paketini təqdim edib.

Ömər Dağlı

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR