Paytaxt havaya UÇURULACAQDI: tutulan İŞİD üzvləri dəhşətli PLANI ÜZƏ ÇIXARDI
Bizi izləyin

Dünya

Paytaxt havaya UÇURULACAQDI: tutulan İŞİD üzvləri dəhşətli PLANI ÜZƏ ÇIXARDI

Mayın 25-də Federal Təhlükəsizlik Xidmətinin (FTX) həyata keçirdiyi anti-terror əməliyyatının yeni detalları məlum olub.

Publika.az Layf.ru saytına istinadən xəbər verir ki, FTX metrostansiyalar və restoranlarda terror aktlarını hazırlayan İŞİD-in 18 döyüşçüsünü saxlayıb.

Daha əvvəl isə 4 İŞİD-çinin saxlanıldığı bildirilirdi. Xəbərə görə, FTX-nin əməkdaşları mayın 25-də Novoperedelkinsk küçəsində yerləşən mənzildə əldəqayırma partlayıcı qurğu ilə 4 nəfəri tutublar. Moskvanın Meşşan rayon məhkəməsinin qərarı ilə həbs edilən şəxslər dindirmələrin gedişatında “Teplıy Stan” metrostansiyasında partlayış törətməyi planlaşdırdığını etiraf ediblər.

Daha sonra Şoloxov və Novoorlovsk küçələrində iki xüsusi əməliyyat keçirilib. Əməliyyatın gedişatında İŞİD-in “mini baza”sı aşkar edilib. Novoorlovsk küçəsində FTX-nin əməkdaşları 12 nəfəri saxlayıblar. Saxlanılanların əksəriyyəti Özbəkistan və Qırğızıstan vətəndaşları idi.

Rusiyanın iki vətəndaşı Şoloxovda mənzildə tutulub. Burada da silah və partlayıcılar aşkarlanıb. Diqqət çəkən məqam ondan ibarətdir ki, bu mənzil heç kimin adına qeydiyyatda deyildi. Tədqiqatçılar onun sahibi haqqında heç bir məlumat tapa bilməyiblər. Saxlanılanlarda Moskva metrosunun əməkdaşlarının formalarını tapıblar.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm