Meksikada DƏHŞƏTLİ QASIRĞA: 3 ölü
Bizi izləyin

Dünya

Meksikada DƏHŞƏTLİ QASIRĞA: 3 ölü

Güclü qasırğa ciddi fəsadlar törədib.

Meksikanın Oaxaka ştatında baş verən güclü "Beatris" qasırğası ciddi fəsadlar törədib.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, nəticədə 3 nəfər ölüb, 1 nəfər itkin düşüb.

Təbii fəlakət nəticəsində avtomobil yollarını su basıb, bir neçə körpü dağılıb, minlərlə insan ətraf aləmdən təcrid olunmuş halda qalıb. Qasırğanın vurduğu iqtisadi zərər hesablanır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm