Həbsxana direktorunu oğurlayıb qətlə yetirdilər
Bizi izləyin

Dünya

Həbsxana direktorunu oğurlayıb qətlə yetirdilər

Herrero ştatı Meksikanın cinayətkarlıq baxımından ən təhlükəli yerlərindən biridir. 

Meksikanın Herrero ştatındakı həbsxananın direktoru naməlum quldurlar tərəfindən oğurlanaraq qətlə yetirilib.

"Report"un məlumatına görə, bu barədə ştatın təhlükəsizliyin koordinasiyası qrupunun rəhbəri Roberto Alvares Erediya xəbər verib.

Mərhumun yaxınlarının sözlərinə görə, quldurlar Moyses Çopin Mesin evinə basqın ediblər. Onlar dikrektoru döyərək naməlum istiqamətə aparıblar.

Onun oğurlanmasından dərhal sonra federal və yerli güc strukturları Çopinin axtarışı məqsədilə irimiqyaslı əməliyyata başlayıblar. Lakin bu heç bir nəticə verməyib.

Sonradan onun boynundan xəsarət almış meyiti tapılıb.

Herrero ştatı Meksikanın cinayətkarlıq baxımından ən təhlükəli yerlərindən biridir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm