Almaniyada terror təhlükəsi barədə məlumatlardan sonra 2 nəfər saxlanıldı
Bizi izləyin

Dünya

Almaniyada terror təhlükəsi barədə məlumatlardan sonra 2 nəfər saxlanıldı

Ərazini ümumilikdə 90 min tamaşaçı tərk etməli olub.

Almaniyanın Hessen vilayətinin polisi Rock am Ring rok festivalındakı terror təhlükəsi barədə məlumatlardan sonra 2 nəfəri saxlayıb.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, saxlanılanlar, festivalın təşkilatçıları ilə əməkdaşlıq edən subpodratçı şirkətin işçiləri olublar, onlardan ən azı biri sələfidir.

Qeyd edək ki, son məlumatlara görə, festivalın keçirildiyi ərazini ümumilikdə 90 min tamaşaçı tərk etməli olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm