Ordu komandanlığı dəhşətli silahla MƏHV EDİLƏCƏKDİ - Qorxunc sonluqdan NECƏ QAÇILDI?
Bizi izləyin

Dünya

Ordu komandanlığı dəhşətli silahla MƏHV EDİLƏCƏKDİ - Qorxunc sonluqdan NECƏ QAÇILDI?

Moskvanın dağıdılması ölkəni cavab zərbəsi vurmaq imkanından məhrum edə bilərdi,

“Ən qorunmuş şəhər Vaşinqton deyil. Dünyada yalnız bir şəhər var ki, nüvə döyüş başlıqlı raketlərlə qorunur. Bu, Moskvadır”.

Publika.az xəbər verir ki, bu haqda ABŞ “The National Interest” nəşrində deyilir.

Məqalədə deyilir ki, Rusiya paytaxtı planetdə “nüvə çətiri” altında olan tək yaşayış məntəqəsidir.

Məsələ ondadır ki, raketdən müdafiə sistemlərinin məhdudlaşdırılması haqqında 1972-ci ildə Birləşmiş Ştatlar və Sovet İttifaqı arasında imzalanan müqavilədə istisna var idi. Müqavilə bütün raket əleyhinə sistemləri qadağan etmirdi. Tərəflərdən hər biri raket hücumundan bir sistemi qurmaq hüququna malik idi və bu sistem 100 vahidə qədər raketlə təchiz edilə bilərdi. Həm də belə sistemi istənilən yerdə yerləşdirmək mümkün idi.

ABŞ Şimali Dakota ştatında “Grand Forks” hərbi təyyarə bazasının ətrafında “Safeguard” sistemini yerləşdirmək barədə qərar qəbul etdi. Ancaq sistem qısa müddət işlədikdən sonra söküldü.

“Məlum oldu ki, bahalı sistemin köməyi ilə tək bir rayonu müdafiə etmək mənasızdır”, - Amerika nəşri yazıb.

SSRİ-də isə vəziyyət başqa idi. Atom bombası ilə Moskvanın dağıdılması ölkəni cavab zərbəsi vurmaq imkanından məhrum edə bilərdi, çünki komandanlıq paytaxtda idi. Nəticədə, A-35 sistemi - hava hücumuna qarşı müdafiə şəbəkəsi ortaya çıxdı. A-35 nüvə müharibəsi halında Moskvanın sağ qalmasını təmin etməli idi.

İlkin olaraq sistemdə 32 raket var idi. 1970-ci illərdə A-35 sistemini yenilənmiş A-135-lə əvəz etmək lazım oldu. Nüvə döyüş başlıqları ilə təchiz edilən raketlərin sayına daha 68-i əlavə edildi və onların sayı raketdən müdafiə sistemlərinin məhdudlaşdırılması haqqında 1972-ci il müqaviləsində nəzərdə tutulduğu kimi 100-ə çatdırıldı.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm