Qəfil hücum və azad olunacaq TORPAQLAR - Deputat MÜHARİBƏ PLANINI AÇIQLADI
Bizi izləyin

Dünya

Qəfil hücum və azad olunacaq TORPAQLAR - Deputat MÜHARİBƏ PLANINI AÇIQLADI

Ukrayna Silahlı Qüvvələri Donbasın “DXR” və “LXR” terror təşkilatlarında azad edilməsi üzrə qəfil hərbi əməliyyatı keçirəcək.

Publika.az xəbər verir ki, bu haqda “Gün” qəzetinə müsahibəsində Ukrayna Baş qərargahının müdirinin məsləhətçisi, Ali Radanın üzvü Dmitri Yaroş bildirib.

Yaroşun sözlərinə görə, belə əməliyyatın keçirilməsi üçün yalnız siyasi iradə lazımdır. Deputat eyni zamanda etiraf edib ki, Rusiya tərəfindən işğal edilən Krımı analoji üsulla azad etmək daha mürəkkəb olacaq.

“Mən anlayıram ki, Krımı hərbi üsulla azad etmək çətin olacaq. Rusiyanı oranı böyük hərbi bazaya çevirib, çətin azad etmək olacaq", - Dmitri Yaroş vurğulayıb.

Xatırladaq ki, Ukrayna Ali Radasının üzvü, “İnformasiya müqaviməti” hərəkatının koordinatoru Dmitri Tımçuk bir neçə gün əvvəl NSN kanalına müsahibəsində Ukrayna ordusunun 5-6 gün ərzində “DXR” ordusunu sındıracağını bildirib. Onun sözlərinə görə, Donbasda Rusiya qoşunları ən çox ondan qorxurlar ki, Ukrayna ordusu iki zərbə ilə onları Rusiya ərazisinə tullayacaq.

“Ukrayna ordusu 5-6 gün ərzində Rusiya Federasiyasının sərhədinə çıxa bilər. Mən hələ orta ssenarini götürürəm. Optimist ssenaridə, sərhədə qədər olan kiçik məsafəni nəzərə alaraq, hər şey daha sürətli ola bilər”, - o qeyd edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm