İordaniyada silahlı qarşıdurma - Ölənlər və yaralanan var
Bizi izləyin

Dünya

İordaniyada silahlı qarşıdurma - Ölənlər və yaralanan var

Hərbçilərlə atışma zamanı silahlılar öldürülüb.

İordaniyada, Suriya ilə sərhəddə 3 silahlı şəxs motosikletlə hərbçilərin mövqeyinə hücum edib.

Publika.az xəbər verir ki, hadisə Rukban yaxınlığında, on minlərlə suriyalı qaçqının yaşadığı yerdə baş verib. Hərbçilərlə atışma zamanı silahlılar öldürülüb.

İordaniyanın "Hala Akhbar" saytının xəbərinə görə, atışma zamanı həmçinin ordunun bir əsgəri də yüngül yaralanıb.

İordaniya hökuməti hesab edir ki, Rukbanda terrorçular yaşayır. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm