Dünya
Manilada 36 nəfərin ölümü ilə nəticələnən hücumun videosu yayımlanıb - VİDEO
Filippin paytaxtı Manilada silahlı şəxsin kazinoya hücumunun videosu yayımlanıb.
Sözügedən videoda hücum edən şəxsin gecə saatlarında taksidən
düşərək kazinoya daxil olduğu əks olunub. Az sonra qara maska və
zirehli gödəkcə geyinmiş həmin şəxs çantadan tüfəng çıxararaq atəş
açmağa başlayıb.
Silahlının kazinoda masalara və oyun avtomatlarına od vurduğu
səhnəsi də videoda əks olunub.
Polis həmin şəxsin terrorçularla əlaqəsinin olmadığını bildirib.
Belə ki, cinayətkarın atəşi tavana açdığı bəlli olub. Həmçinin onun
kazinodakı insanlara atəş açmadığı da məlum olub.
Hücum baş verən an binada 12 min nəfər olub, onların hamısı hadisə
yerindən xəsarətsiz təxliyə edilib.
Xatırladaq ki, “Resorts World Manila” otel kompleksində aşkarlanan
meyitlərin sayı 36 nəfərə çatıb. Onların yanğın zamanı tüstüdən
boğulduğu müəyyənləşdirilib. (APA)
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı