Sürət qatarı relsdən çıxdı - Dəmiryol nəqliyyatı dayandı
Bizi izləyin

Dünya

Sürət qatarı relsdən çıxdı - Dəmiryol nəqliyyatı dayandı

Hadisə bazar günü səhər baş verib.

Almaniyada şəhərlərarası sürət qatarı qəzaya uğrayıb.

Publika.az "RİA Novosti"-yə istinadən xəbər verir ki, Şimali Reyn-Vestfaliya federal əyalətində Köln şəhərindən keçərkən qatar relsdən çıxıb.

Deutsche Bahn dəmir yolu konserninin məlumatına görə, hadisə bazar günü səhər baş verib. Qatarda yalnız maşinist olub, o xəsarət almayıb.

Bildirilir ki, qatarın relsdən çıxması nəticəsində dəmir yollarında hərəkət qismən dayandırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm