Rusiya nüvə silahı ilə vurulacaq? – NATO təlimlərinin ŞOK MƏQSƏDİ
Bizi izləyin

Dünya

Rusiya nüvə silahı ilə vurulacaq? – NATO təlimlərinin ŞOK MƏQSƏDİ

ABŞ dəniz piyada qoşununun bölmələri iyunun 12-dən 23-dək Latviyanın Ventspils limanına gələcək.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Vaşinqton hərbiçilərini Baltikyanı ölkələrin təhlükəsizliyini təmin etməyə hazır olduğunu nümayiş etdirmək üçün regiona göndərir.

Dəniz piyadalarının göndərilməsi Rusiya sərhədinin 250 kilometrliyində başlayan “Saber Strike-2017” təlimləri fonunda baş verir. Xüsusi halda, amerikalılar “Abrams” tankları, 155 millimetr kalibrli səhra haubitsaları, “Humvee” zirehli vatomobilləri, yük maşınları, hərbi bölmələr arasında əlaqə üçün peyk kommunikasiya sistemi və səyyar mətbəxi gətirəcək. Hərbi texnika ümumilikdə 156 vahid təşkil edəcək. Daha əvvəl isə hərbi texnikanın 63 vahidinin Latviyaya göndərilməsi planlaşdırılırdı.

“Saber Strike-2017” təlimlərində ABŞ ordusunun müxtəlif bölmələri, həmçinin Baltikyanı ölkələr, Kanada, Böyük Britaniya, Almaniya, İtaliya, Danimarka və NATO-nun başqa üzv ölkələrinin hərbi gücləri iştirak edəcək.

Həmçinin ABŞ-ın Avropa komandanlığından bildirilib ki, təlimlərə nüvə başlıqları daşıya bilən Amerika strateji bombardmançıları cəlb ediləcək.

“Strateji bombardmançılar ABŞ Silahlı Qüvvələrinin Avropa komandanlığının məsuliyyət zonasında keçirilən “Arctic Challenge”, “Saber Strike-2017” və BALTOPS təlimlərinin dəstəyi üçün göndəriləcək”, - xəbərdə qeyd edilir.

Moskvanın mövqeyi bundan ibarətdir ki, təlimlər Rusiya sərhədlərinə çox yaxın keçirilir. Rusiya xarici işlər nazirinin müavini Aleksey Meşkov bildirib ki, Rusiyanın sərhədlərinə yaxın keçiriləcək NATO təlimləri gərginliyin artırılmasına yönəlib.

“Biz əminik ki, bütün bu təlimlər özündə stabilliyi pozan ciddi yük daşıyır. Təlimlərin əsas məqsədi Rusiya sərhədləri boyu gərginliyi artırmağa davam etməkdir”, - Meşkov qeyd edib.

Birləşmiş Ştatlar Qara dənizdən Baltikyanı regiona qədər Şərqi Avropanın bütün ərazisi üzrə hərbi gücünü artırır. ABŞ-ın Konstansa (Rumıniya) şəhərində hərbi hava bazası var. Avropada ABŞ-ın qoşunlarının yerləşdirilməsi fonunda müntəzəm hərbi təlimlər keçirilir. Belə təlimlərdən biri iyulda Ukrayna və ABŞ-ın təşkil edəcəyi birgə təlimlər olacaq. Ukrayna Dövlət Sərhəd Xidmətinin bəyanatına görə, Ukrayna və Amerika hərbçiləri “müvəqqəti işğal edilmiş ərazilərdə qanunvericiliyin pozan gəmilərin ələ keçirilməsini yerinə yetirəcəklər.

Qara dənizdə NATO-nun gücləndirilməsi üzrə planlar, onun strateji əhəmiyyəti nəzərə alınaraq, rəsmən bu ilin qışında elan edilib. Brüsseldə sammitdə 12 fevralda NATO ölkələrinin hərbi müəssisələrin başçıları Qara dənizdə hərbi dəniz qüvvələrinin gücləndirilməsi barədə qərarı fevralın 12-də Brüsseldə keçirilən sammitdə təsdiq ediblər.

Moskva NATO-nun Avropanın şərqində - Rusiya sərhədləri boyu güclənməsinin qəti əleyhinədir.

“ABŞ Hərbi-Dəniz Qüvvələrlərinin orta mənzilli “Tomoqavk” qanadlı raketlərlə təchiz edilən esminesi Kalininqraddan 30 dəniz mili məsafəsində yerləşir. NATO gəmiləri təlimlərdə Odessa şəhərinin limanına daxil olma üzrə əməliyyatı həyata keçirirdi. NATO ölkələrinin ən yeni qırıcıları Sankt-Peterburqdan on dəqiqə uçuş məsafəsində - Estoniyada yerləşdirilib”, - Rusiya Xarici İşlər Nazirliyinin xəbərində deyilir.

Daha əvvəl Rusiyanın müdafiə naziri Sergey Şoyqu Avropa İttifaqını Moskvanın qorxudulması strategiyasından çəkinməyə çağırıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm