Trampın güdazına gedən “Qardaş birliyi”: Regionda cəbhələr yenidən YARADILIR
Bizi izləyin

Dünya

Trampın güdazına gedən “Qardaş birliyi”: Regionda cəbhələr yenidən YARADILIR

Diplomatlara 48 saat vaxt verilib.

Bu gün ərəb dünyasında diplomatik qalmaqal yarandı. Dörd dövlət - Bəhreyn, Səudiyyə Ərəbistanı, Misir və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Qətərlə diplomatik münasibətləri kəsdiyini elan etdi. Onları Liviya və Yəmən izlədi.

Ölkələr qərarlarını Qətərin apardığı siyasətin bölgədə təhlükəsizliyə mənfi təsiri, terrorizmə, Yəməndə fəaliyyət göstərən İŞİD və “Əl-Qaidə” kimi terror təşkilatlarına, həmçinin İrana yaxın qruplaşmalara maddi yardım göstərməsi ilə əsaslandırıblar.

Qətərlə region ölkələri arasında münaqişə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində Ərəb-İslam-Amerika sammitinin keçirilməsindən bir həftə sonra başlandı. Qətər xəbərlər agentliyi İranla münasibətlərin normallaşmasına dəstək olaraq ölkənin əmiri adından bəyanatı yerləşdirdi. Daha əvvəl isə Səudiyyə Ərəbistanının paytaxtında keçirilən sammitdə kralllıq tədbirin bütün qonaqları adından İranı düşmən siyasətinə görə ittiham etdi və onu adekvat cavabla hədələdi. Qətərin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi isə bildirdi ki, agentliyin saytı sındırılıb və əmir adından bəyanat hakerlər tərəfindən yerləşdirilib.

Ancaq Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn bu təkzibi tutarsız hesab etdi və bildirdilər ki, İranla münasibətlərin normallaşması haqqında sözlər həqiqətən əmirə aiddir. BƏƏ-nin xarici işlər üzrə dövlət naziri Ənvər Qarqaş Qətəri öz siyasətini dəyişdirməyə və qonşularla münasibətləri bərpa etmək üçün əvvəlki səhvləri təkrarlamamağa çağırdı.

Qətərlə diplomatik münasibətlərin kəsildiyini ilk olaraq Bəhreyn elan etdi. Bəhreynin ardınca analoji bəyanatı Misir verdi. Eyni ölçülər haqqında dəqiqələr sonra Səudiyyə Ərəbistanı və BƏƏ, onların arxasınca Yəmən və Liviya qərarını açıqladı. Daha sonra Qahirədən dəqiqləşdirdilər ki, Qətərlə münasibətlərin kəsilməsi haqqında qərar Dohanın “Müsəlman qardaşları” (Misir ərazisində terror təşkilatı elan edilib –red.) təşkilatına dəstəyi ilə bağlıdır. Qeyd olunub ki, Misir Qətəri bu təşkilata dəstəyin dayandırılmasına inandırmağa cəhd etsə də, bu cəhdlər müvəffəqiyyətsiz olub.

Həmçinin, rəsmi Qahirəyə əsasən, Qətər “Əl-Qaidə” və İŞİD qruplaşmalarının ideologiyasını yayır, Sinay yarımadasının ərazisində terror aktlarını dəstəkləyir. Misir bütün dost ölkələri, həmçinin ərəb və beynəlxalq şirkətləri Qətərlə nəqliyyat əlaqəsini dayandırmağa çağırdı.

Diplomatlara 48 saat vaxt

Diplomatik münasibətlərin kəsilməsi haqqında bəyanatları məntiqli olaraq diplomatların göndərişi haqqında xəbərlər izlədi. Bəhreyn qətərli diplomatlara krallığın ərazisini tərk etmək üçün 48 saat vaxt verdi. Qətər vətəndaşlarının Bəhreynə səfərləri qadağan edildi, həmçinin Bəhreyn öz vətəndaşlarına Qətərdə yaşamağı və bu ölkəyə getməyi qadağan etdi.

BƏƏ də həmçinin Qətər diplomatlarına ölkə ərazisini tərk etməsi üçün 48 saat vaxt verdi. BƏƏ Qətərin sadə vətəndaşlarını da ölkədən çıxarır.

Eyni ölçüləri Səudiyyə Ərəbistanı da elan etdi. Amma əlavə olundu ki, Qətər zəvvarlarına bütün güzəştlər və xidmətlər davam edəcək.

Uçuşlar dayandırılır

Qətərlə diplomatik münasibətləri kəsən ilk 4 ölkə bəyanatlarla, Qətər diplomatları və sadə vətəndaşların göndərilməsi ilə kifayətlənmədilər. Səudiyyə Ərəbistanı və Misir Qətərlə bütün quru, dəniz və hava əlaqələrini dayandırdı.

Öz növbəsində, Bəhreyn ölkənin hava məkanının “Qatar Airways” aviaşirkətinə məxsus təyyarələrin uçuşu üçün bağlandığını elan etdi. BƏƏ də ən yaxın saatlarda Qətərlə nəqliyyat əlaqəsini kəsəcəyini söz verdi. Ölkənin milli aviaşirkəti “Etihad Airways” təsdiq etdi ki, Qətərə uçuşlar dayandırılacaq.

“Flydubai" aviaşirkəti də Dubay və Doha arasında bütün reysləri dayandırır.

Bütün bunlardan başqa, Qətər Yəməndə anti-terror əməliyyatlarında iştirak edən ərəb koalisiyasından çıxarılıb.

Diplomatik qalmaqal idmana çatdı. Səudiyyənin “Əl-Əhli” futbol klubu “Qatar Airways” ilə sponsor müqaviləsinin dayandırıldığını bəyan etdi.

Qətərin reaksiyası

Qətər, öz növbəsində, bildirib ki, bütün bu ölçülər sübutlarsız qəbul edilib. “Biz münasibətlərin kəsilməsi haqqında qərara görə heyfsilənirik. Bu ölçülər heç bir əsaslara malik deyil”, - Krallığın Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Açıqlamada eyni zamanda, qeyd olunub ki, ölkə rəhbərliyi Qətər cəmiyyəti və iqtisadiyyatına təsir göstərmək cəhdlərinə qarşı durmaq üçün hər şeyi edəcək. Bundan başqa, Doha əmin edib ki, ərəb ölkələri tərəfindən qəbul edilmiş ölçülər vətəndaşların həyatına təsir etməyəcək.

Qətər həmçinin ərəb ölkələrini onun daxili işlərinə müdaxilədə ittiham edib.

ABŞ barışdırmağa hazırdır

Vəziyyətə artıq region xaricində ölkələr də reaksiya verməyə başlayıblar. ABŞ-ın dövlət katibi Reks Tillerson bildirib ki, Vaşinqton Bəhreyn, Səudiyyə Ərəbistanı, BƏƏ və Misirin Qətərlə barışığında öz rolunu oynamağa hazırdır.

“Biz, əlbəttə, tərəfləri danışıqlar masası arxasında oturmağa və fikir ayrılıqlarını aradan qaldırmağa çağırırıq”, - Tillerson bildirib.

Böhranın mümkün “gunahkar”larından biri kimi göstərilən İranın bəyanatı da gecikmədi. Bəyanata görə, vəziyyət Yaxın Şərqdə böhranların nizama salmasına imkan yaratmayacaq.

“Diplomatik münasibətlərin qırılması və sərhədlərin bağlanması böhranın nizama salınması yolu deyil. Təcavüz və işğal yalnız qeyri-sabitliyə gətirib çıxaracaq”, - İran prezident administrasiyasının başçısının müavini Həmid Abutaleb bildirib.

Tramp günahkardır?

Rusiya Strateji Tədqiqatlar İnstitutunun direktorunun məsləhətçisi Yelena Suponina hesab edir ki, ərəb ölkələrinin Qətərlə diplomatik münasibətləri kəsməsində əsas günahkar ABŞ prezidenti Donald Trampın İranın ünvanına ritorikasıdır.

“Ərəb monarxiyalarının Qətərin ünvanına ittihamlarının arxasında fikir ayrılıqları, ilk növbədə, İran barəsində siyasət haqqında fikir ayrılıqları dayanır. Qətər Ər-Riyadın İranla bağlı xəttini son dərəcə təhlükəli hesab edir. Bu, Ər-Riyadda narazılıq doğurdu”, - ekspert “RİA-Novosti” xəbər agentliyinə deyib.

Onun sözlərinə görə, İran üzrə fikir ayrılıqları Tehranın güclü maraq dairəsində olan bir çox regional münaqişələrdə, həmçinin Yəmən və Suriyada aydın görünür. Rusiya Strateji Tədqiqatlar İnstitutunun direktorunun məsləhətçisi qeyd edib ki, bu vəziyyət “Ərəb NATO-su”nun yaradılmasının mümkün olmadığını göstərir. Ekspert qeyd edir ki, ərəb ölkələri arasında diplomatik böhran regionda terrorizmlə mübarizəni zəiflədiləcək.

Suriya müharibəsinə təsiri

Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun ərəb və islam tədqiqatları mərkəzinin böyük elmi işçisi Boris Dolqovun fikrincə, Qətər ətrafında yaranan vəziyyət regiondakı bütün proseslərə təsir göstərə bilər. Amma o qeyd edib ki, Suriya böhranı ilə əlaqədar kardinal dəyişiklik olmayacaq.

“Doha və Ər-Riyad tərəfindən dəstəklənən qruplaşmaların qarşıdurması davam edəcək. Mümkündür ki, biz Qətər tərəfindən maliyyələşmənin hansısa səviyyəyə qədər azalmasını görəcəyik, amma davam edəcək. Suriya münaqişəsinə gəlincə, düşünürəm ki, Qətər və Səudiyyə Ərəbistanı arasında qarşıdurma bu münaqişəyə ciddi təsir göstərməyəcək", - Dolqov deyib.

"Bu həmçinin, mənim fikrimcə, öz rolunu oynadı. Səudiyyə Ərəbistanı və Körfəz ölkələri, hansılar ki, onu dəstəkləyirlər, bu ittihamlardan necəsə təcrid etməyə çalışırlar", - ekspert fərz etdi.

Qətər üçün risklər

Səudiyyəli politoloq Əhməd Əl-Farac hesab edir ki, Qətərin iqtisadi vəziyyəti əhəmiyyətli dərəcədə mənfi təsir göstərə bilər. Qətər hazırda malların 70 faizini həmsərhəd olduğu Səudiyyə Ərəbistanı vasitəsilə ixrac edir.

Bundan başqa, onun sözlərinə görə, Ər-Riyad tərəfindən qəbul edilmiş qərara qədər, “Qatar Airways” Səudiyyə Ərəbistanında hava daşınmalarının sayı üzrə ikinci yeri tuturdu. İndiki halda aviaşirkət bazarın böyük hissəsini itirir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm