25 iti diri-diri yedi: təkcə başlarını saxlayıb
Bizi izləyin

Dünya

25 iti diri-diri yedi: təkcə başlarını saxlayıb

Ərazi sakinləri dəhşət içərisindədir.

Türkiyənin Biləcik bölgəsində dəhşətli hadisə qeydə alınıb. Ərazi sakinləri dəhşət içərisindədir.

Publika.az xəbər verir ki, ərazidə heyvanlar tələf olur. Naməlum varlıq tərəfindən bu günə qədər yerli əhalinin çox sayda iribuynuzlu mal-qarası, itləri məhv edilib.

Vəhşicəsinə öldürülmüş 25 itin cəsədləri isə sakinləri dəhşətə gətirib. Heyvanların başlarından başqa bütün bədənləri yeyilib.

Yerli əhali deyir ki, naməlum varlıq gecə saatlarında əraziyə gəlib itləri oğurlayır. İtlərin cəsədlərini kəndin ətrafındakı meşəliklərdə tapırlar.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm