Hindistan kosmosa raket göndərdi
Bizi izləyin

Dünya

Hindistan kosmosa raket göndərdi

2024-ci ildə isə kosmosa astronavt göndərməyə hazırlaşır.

Hindistanın Kosmos Agentliyi (ISRO) Avropanın kosmos vasitələrindən asılılığı azaltmaq üçün yeni layihə gerçəkləşdirib.

Publika.az xəbər verir ki, Hindistan 640 ton ağırlığında "GSLV Mark 3" adlı raketini kosmosa göndərib. Hind mətbuatında yer alan məlumata görə, Hindistan 2024-ci ildə kosmosa astronavt göndərməyə hazırlaşır.

Hindistan bu layihəni qlobal kommersiya peyk bazarında daha böyük paya sahib olmaq üçün əhəmiyyətli bir dönüş nöqtəsi olaraq qəbul edir. "GSLV Mark 3" televizor, telefon və internetlə təchiz olunmuş 3 tondan ağır peykləri daşıya biləcək.

Hindistan daha əvvəl kosmosa ən çox 2 ton ağırlığında peyklər göndərə bilirdi.

Dünyanın ən ağır raket rekordu Amerika Milli Aviasiya və Kosmos Dairəsinə (NASA) aid idi. 1967-1973-ci illər arasında kosmosa göndərilən "Saturn 5" raketi "GSLV Mark 3"-dən 4 dəfə daha ağır olub.

Hindistan ABŞ, Çin və Rusiyadan sonra kosmosa insan göndərən dördüncü ölkə olmağı planlaşdırır.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm