Qadın həkimə xəstənin yaxınları qayçı ilə hücum etdilər, yerdə sürüklədilər - VİDEO
Bizi izləyin

Dünya

Qadın həkimə xəstənin yaxınları qayçı ilə hücum etdilər, yerdə sürüklədilər - VİDEO

Xəstəxana işçiləri həkimi onların əlindən zorla alıblar.

Türkiyənin Bursa bölgəsində yerləşən xəstəxanalardan birində həkimin uşağa yazdığı səhv dərmanlara görə dəhşətli hadisə baş verib.

Publika.az xəbər verir ki, 27 yaşlı həkim İlknur Polad xəstənin ailə üzvləri tərəfindən döyülüb.

Xəstə yaxınlarından biri kişi, ikisi qadın olmaqla 3 nəfər həkimə hücum çəkib. Üzərinə qayçı ilə hücum etdikləri həkimi əvvəlcə yumruqlayıb, sonra bir neçə dəqiqə xəstəxananın dəhlizində sürükləyiblər. Xəstəxana işçiləri həkimi onların əlindən zorla alıblar.

Ölümdən dönən həkim problemi hüquqi yollarla həll edəcəyini bildirib.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm