Dünya
Ərəbistanın “çətir”inə QAYIDIŞ: Qətər niyə cəzalandırılır? - ŞƏRHLƏR
Qətərlə bəzi ərəb ölkələri arasında yaşanan böhranı yaxından izləyən siyasi ekspertlər böhranın səbəblərini və gedişatını qiymətləndiriblər.
Publika.az xəbər verir ki, “Anadolu” agentliyinə danışan Oksford Universitetinin müəllimi və Körfəz ölkələri üzrə mütəxəssisi Camal Abdullah Səudiyyə Ərəbistanı başda olmaqla bəzi ərəb ölkələrinin Qətərin son illər yürütdüyü müstəqil xarici siyasətindən narahat olduqlarını söyləyib.
Ekspert xatırladır ki, 1981-ci ildə Körfəz Əməkdaşlıq Şurasının yaranmasının məqsədləri arasında “ortaq xarici siyasət” yer almışdı: “Amma təşkilatın üzvü olan ölkələrin indiki vəziyyətinə baxsaq, 6 fərqli ölkənin 6 fərqli xarici siyasətini görərik. 1995-ci ildə Qətər əmiri Şeyx Həmid Bin xəlifə Əl Sani Qətəri Səudiyyə Ərəbistanının çətiri altından çıxarmağa qərar verdi və siyasətini bu istiqamətdə müəyyən etdi. Hazırkı mənzərəyə baxsaq, müstəqil xarici siyasəti olan Qətərin beynəlxalq arenada xüsusi mövqeyini görə bilərik”.
Son 20 ildə Qətərin səsinin beynəlxalq arenada getdikcə yüksədiyini vurğulayan Abdullah qeyd edir ki, Səudiyyə Ərəbistanı və bəzi ərəb ölkələri Qətərin əhəmiyyətli bir oyunçuya çevrilməsindən narahatdır. Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı Qətərin 1995-ci ildən əvvəl olduğu kimi yenidən Ər-Riyadın çətiri altına girməsini istəyir.
Qətərin beynəlxalq əlaqələrdə balans siyasəti yürütdüyünü vurğulayan ekspert Dohanın həm İran, həm də İrana düşmən olan körfəz ölkələri ilə yaxşı əlaqələrini davam etdirdiyini bildirib:
“Qətər bölgədəki iki böyük rəqib olan İran və Səudiyyə Ərəbistanı arasında öz siyasi və iqtisadi maraqlarını qorumağı bacardı. HƏMAS kimi hərəkatla əlaqələri olan Qətər bu hərəkatı terror təşkilatı olaraq görən Qərb ölkələri ilə də yaxşı əlaqələr qurdu. Körfəz ölkələrinin terror təşkilatı olaraq qəbul etdiyi hərəkatları, Qətər bölgədəki xalqların bir parçası və nümayəndəsi olaraq görür, onları dəstəkləyir. Qətərin bu qruplarla əlaqəsi son illərdə körfəz ölkələri arasında münasibətlərin soyumasına səbəb oldu”.
Abdullah hesab edir ki, Qətərin verəcəyi reaksiya və qəbul edəcəyi qərarlar böhranın gedişatını müəyyən edəcək.
Mavritaniyalı politoloq və yazar Məhəmməd Muxtar Şankiti isə qeyd edir ki, Qətər ilə bəzi ərəb ölkələri arasındakı böhran bir anda ortaya çıxmayıb.
“Qətərə qarşı bu hücumlar uzun müddətdir planlaşdırılırdı. Bu böhran Ər-Riyad və Əbu-Dabinin (Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı –red.) Qətərin gücünü qırmaq üçün göstərdiyi səydir. Böhtan və şantaj dolu bu səylər hər zaman ərəb xalqının yanında dayanan, sui-istifadə və haqsızlığı rədd edən Qətərin xarici siyasətini hədəf alıb”, - politoloq deyib.
Onun sözlərinə görə, son yaşananlar Körfəz ölkələrinin birliyini təmin edəcək və bu birliyin qalası olacaq Səudiyyə Ərəbistanının xarici siyasət və digər beynəlxalq məsələlərdə Birləşmiş Ərəb Əmirliklərinin təsiri altında olduğunu göstərib.
Qətərin xarici siyasətinin bölgə xalqlarını dəstəkləmək və onların hüquqlarını qorumaq üzərində qurulduğunu vurğulayan Şankiti hesab edir ki, Qətər hazırda Türkiyənin 15 iyulunu (2016-cı il 15 il dövlət çevrilişi cəhdi – red.) yaşayır: “İyunun 15-də Türkiyəni necə hədəfə almışdılarsa, indi Qətər də eyni şəkildə hədəf seçilib. Türkiyədəki dövlət çevrilişinə cəhd zamanı gerçək üzü ortaya çıxan və Türkiyəyə hücum edən Birləşmiş Ərəb Əmirliklərinin mediası, indi də eyni böhtan və yalanlarla Qətərə hücum edir”.
Ömər Dağlı
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO
-
Dünya17 Aprel 18:47
Rusiya Çerniqovu vurdu: çoxlu sayda ölü və yaralı var
-
Yaxın Şərq17 Aprel 17:47
İsrail qərar verdi: İranın hücumuna belə cavab verəcəklər