Ukrayna layneri istiqamətini qəflətən Rusiyaya tərəf dəyişdi - FOTOLAR - VİDEO
Bizi izləyin

Dünya

Ukrayna layneri istiqamətini qəflətən Rusiyaya tərəf dəyişdi - FOTOLAR - VİDEO

Ukraynanın Odessa limanına hərəkət edən “General Vatunin” istiqamətini naməlum səbəbdən qəflətən dəyişərək Rusiyanın Rostov-na-Dona limanına doğru hərəkət edib.

Publika.az Rusiya KİV-inə istinadən xəbər verir ki, teploxod iyunun 1-də Kiyevdən çıxıb və iyunun 5-də səhər saatlarında Odessa vilayətinin Vilkovo şəhərinin limanını tərk edərək Krım istiqamətinə yollanıb.

Yarımadanın cənub sahilindən geçən “General Vatunin” Rostov-na-Dona doğru istiqamət götürüb. Laynerdə turlarla məşğul olan şirkət “General Vatunin”in ekipajının hərəkətlərini izah edə bilməyib.

Hazırda “General Vatunin” teploxodu Kerç boğazının yaxınlığında beynəlxalq sulardadır. Bu barədə Rusiya dəniz və çay nəqliyyatı Federal Agentliyinin mətbuat katibi Aleksey Kravçenko bildirib. O, gəminin Rusiya şirkətinə satıldığını və Rostov-na-Dona hərəkət etdiyini deyib. Kravçenko limanda “General Vatunin”in bayrağının və üzərindəki yazıların əvəz ediləcəyini qeyd edib.

“Bu, gəminin alqı-satqısı üzrə adi sazişdir. Amma Rusiya və Ukraynanın mürəkkəb münasibətləri fonunda bu, bəziləri tərəfindən düşməncəsinə hərəkət kimi qəbul edilə bilər”, - o vurğulayıb.

“General Vatunin” 280 sərnişin tutumuna malikdir və Dnepr çayı ilə Qara dənizdə turlar təşkil edir.

Daha əvvəl yayılan xəbərə görə, gəminin Rusiya sahillərində meydana çıxması gözlənilməz oldu və Rostov-na-Don limanı gəmini qəbul etməkdən imtina edir. Ancaq Rusiya dəniz və çay nəqliyyatı Federal Agentliyi bu informasiyanı təkzib edib.

“Rostov-na-Don limanı teploxodu qəbul edəcək”, - Aleksey Kravçenko deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm