Livanda İŞİD qruplaşması məhv edildi
Bizi izləyin

Dünya

Livanda İŞİD qruplaşması məhv edildi

Terrorçular arasında qarşıdurma güclənib.

Livan təhlükəsizlik gücləri İŞİD terror təşkilatı ilə əlaqələrdə şübhəli bilinən iki nəfəri saxlayıb, həmçinin qruplaşma ilə bağlı olan döyüşçülər qrupunu məhv edib.

Publika.az xəbər verir ki, bu haqda ölkənin daxili təhlükəsizlik güclərinin bəyanatına istinadən “Sinxua” agentliyi bildirib.

Məlumata görə, məhv edilən döyüşçülər qrupu ölkənin şimalında yerləşən Vadi-Xaled şəhərində təşkilatlanırdı. Qrup öz fəaliyyətini Suriyanın Rakka şəhərində olan İŞİD döyüşçülərinin koordinasiyası ilə həyata keçirirdi.

Qeyd edilir ki, Suriya münaqişəsi boyunca terror qruplaşmaları silahın qaçaqmalçılığı, yeni döyüşçülərin göndərilməsi, təlim düşərgələri və silah anbarlarının yaradılması üçün Livan-Suriya sərhədində çətin keçilə bilən dağlıq relyefindən fəal şəkildə istifadə edib. Suriya ordusu sərhədin çox hissəsini tamamilə nəzarət altına alıb, digər qeyri-leqal sərhəd keçid məntəqələri uğrunda isə terrorçular arasında qarşıdurma güclənib.

Aprelin sonunda İŞİD və “”Ən-Nüsra” Cəbhəsi arasında bir gün ərzində gedən döyüşdə hər iki tərəfdən 100-dən çox terrorçu ölmüşdü.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm