“Xəlifətin əsgəri” Parisdə polislərə hücum etdi
Bizi izləyin

Dünya

“Xəlifətin əsgəri” Parisdə polislərə hücum etdi

İnsidentlə bağlı araşdırmalar başlayıb.

Parisdə polis patruluna hücum etmiş şəxs İŞİD-lə əlaqəli olduğunu etiraf edərək, özünü “xəlifətin əsgəri” adlandırıb.

Publika.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Parisin mərkəzində çəkic və iki bıçaqla silahlanmış naməlum şəxs “Bu Suriyaya görədir” deyə çığıraraq polis əməkdaşlarına hücum edib, nəticədə bir asayiş keşikçisi xəsarət alıb. Polisin açdığı atəş nəticəsində hücum edən şəxs sinəsindən yaralanaraq xəstəxanaya yerləşdirib.

Paris prokurorluğu insidentlə bağlı araşdırmalara başlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm