İran parlamentinə hücum edənlərin hamısı öldürüldü - - YENİLƏNİR
Bizi izləyin

Dünya

İran parlamentinə hücum edənlərin hamısı öldürüldü - - YENİLƏNİR

İran parlamentində anti-terror əməliyyatı başa çatıb. İran dövlət televiziyasının xəbərinə görə, binaya hücum edən silahlıların hamısı öldürülüb. Son məlumatlara görə, terror hücumları nəticəsində ölənlərin sayı 12-yə, yaralıların sayı isə 39 nəfərə catıb.

****

İran Kəşfiyyat İdarəsi hücum hazırlığında olan üçüncü qrupun zərərsizləşdirildiyini açıqlayıb.

****

İran parlamentinin daha bir korpusunda atışma başlayıb. Tehran Təcili Tibbi Yardım Mərkəzi atışmalar zamanı 35 nəfərin yaralandığını açıqlayıb. Yaralılardan biri xəstəxanaya aparılarkən yolda həyatını itirib.

****

İranlı səlahiyyətlilər dövlət televiziyasına verdikləri açıqlamalarda hücumun İŞİD tərəfindən təşkil edildiyini söyləyib.

****

Parlament binasının dördüncü mərtəbəsində olan bir kamikadze özünü patladıb.

****

İran terrorunda ölənlərdən birinin deputat olduğu üzə çıxıb.

Onun adı hələlik mediaya açıqlanmayıb.

****

İran parlamentinə hücum edənlərdən biri təhlükəsizlik gücləri tərəfindən məhv edilib. Bu haqda "Tasnim" agentliyi bildirib.

"Parlament binasında girovların azad edilməsi üzrə qrup dörd silahlıdan birini məhv edə bilib", - agentlik xəbər verib.

Qeyd edilir ki, bu məlumat hələ rəsmi şəxslər tərəfindən təsdiq edilməyib.

****

İran parlamentində atışma nəticəsində ölənlərin sayı 7-yə çatıb.

Publika.az xəbər verir ki, bu haqda "Tasnim" agentliyi bildirib.

Dörd nəfərin hələ girovluqda olduğu bildirilir.

****

"Əl-Ərəbiyyə"nin Liviya bürosu İran parlamentinə hücumun məsuliyyətini İŞİD terror təşkilatının öz üzərinə götürdüyünü bildirib.

****

Parlament binasında üzərinə partlayıcı qurğu olan silahlının olduğu bildirilir. O, təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən mühasirəyə alınıb. İran parlamentindəki atışmalar zamanı yaralıların sayı 8-ə çatıb.

****

Son məlumatlara görə, parlamentdəki atışma nəticəsində bir nəfər həlak olub, biri mühafizəçi olmaqla ən azı üç nəfər yaralanıb.

Hücumun motivləri haqqında heç nə bildirilmir. "Röyters" agentliyinin həmsöhbətinin sözlərinə görə, hazırda təhlükəsizlik xidmətinin əməkdaşları parlamentin içində və ətrafında vəziyyətə nəzarət edirlər. Atışma dayanıb. Silahlıların tutulduğu bildirilir.

****

Millət vəkili İlyas Həzreti İRİB agentliyinə iki kişinin “Kalaşnikov” avtomatı, bir kişinin isə tapança ilə hücum etdiyini bildirib.

“Anadolu” agentliyinin müxbiri isə İran inqilabının lideri Xomeyninin türbəsinin olduğu nöqtədə atışmanın olduğunu xəbər verib. Xəbərə görə, hadisə nəticəsində yaralananlar var.

****

İran parlamentində silah səsləri eşidilib.

Publika.az xəbər verir ki, bu haqda “Fars” və “Mehr” informasiya agentlikləri bildirib.

Son məlumatlara görə, silah səsləri gəlməyə davam edir. Bir mühafizəçinin yaralandığı bildirilir.

“Tasnim” informasiya agentliyi parlamentdə bəzi şəxslərin girov götürüldüyünü və silahlı qarşıdurmanın davam etdiyini xəbər verib. Agentlik həmçinin 3 silahlı şəxsin iki nəfəri yaraladığını bildirib.

"Fars" agentliyi silahlı bir kişinin qaçdığını xəbər verib.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm