Prezident bütün güzəştləri ləğv etməyi tapşırdı
Bizi izləyin

Dünya

Prezident bütün güzəştləri ləğv etməyi tapşırdı

Qurbanqulı Berdiməhəmmədov əhali üçün bütün güzəştləri ləğv etməyi tapşırıb.

Türkmənistan prezidenti Qurbanqulı Berdiməhəmmədov əhali üçün bütün güzəştləri ləğv etməyi tapşırıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, prezident bu haqda iyunun 6-da müşavirədə bildirib.

Güzəştlər sisteminin tamamilə effektsiz olduğunu deyən dövlət başçısı baş nazirin müavininə bütün güzəştlərin ləğv edilməsi üzrə təklifləri hazırlamaq barədə təlimat verib.

Qeyd edək ki, Türkmənistan həmişə ölkə kommunal xidmətlər və benzinə görə ödənişlərin olmadığı ölkə kimi məşhur olub. Hakimiyyət qaz, elektrik enerjisi və suyun vətəndaşlara pulsuz verilməsini öz nailiyyətləri kimi təqdim edib. Reallıqda isə bu resursların istehlakına çoxdan limitlər daxil edilib.

Cari il yanvarın 25-də suyun pulsuz istehlakına limit təsdiq edilib. Aprelin 28-də prezident qaz sayğaclarını qurmağı əmr edib. Regionlarda xüsusi komissiya işləyir və öz hesabına quyu qazanlar belə sayğac qoymalıdır.

Elektrik enerjisi, qaz, duz və suyun pulsuz istifadəsinə dair qanun Türkmənistanda 1993-cü ildə qəbul edilib. 2003-cü ildə qanunun müddəti 2020-ci ilə qədər uzadılmışdı. 2006-cı ildə prezident Saparmurad Niyazov qanunun müddətini 2030-cu ilə qədər uzadıb. Amma elə həmin ilin sonunda Niyazovu əvəz edən Berdiməhəmmədov tədricən sosial güzəştlərin ləğvi siyasətini aparmağa başlayıb.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm