Əli Laricani: “Terrorçuların hərəkətləri qorxaqlıq idi”
Bizi izləyin

Dünya

Əli Laricani: “Terrorçuların hərəkətləri qorxaqlıq idi”

"Terrorçular İranda problem yaratmaq üçün bütün vasitələrə əl atırlar".

İran İslam Şurası Məclisinin sədri Əli Laricani Tehranda parlamentin plenar iclası zamanı terrorçuların parlament binasına hücum etməsi hadisəsinə münasibət bildirib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Əli Laricani terror aktı törədənləri “qorxaq” adlandırıb:

“Terrorçuların hərəkətləri qorxaqlıq idi. Terrorçular İranda problem yaratmaq üçün bütün vasitələrə əl atırlar. Çünki İran İslam Respublikası terrorizmlə mübarizədə aktiv fəaliyyət göstərir. Əminəm ki, təhlükəsizlik qüvvələri bu şəxslərə qarşı sərt şəkildə davranacaq və problem həll olunacaq”.

Spiker əlavə edib ki, hazırda Tehranda partlayış törədilən hər iki məkanda vəziyyət təhlükəsizlik qüvvələrinin nəzarəti altındadır.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm