Tehranda Rusiya kanalının əməkdaşları saxlanıldı
Bizi izləyin

Dünya

Tehranda Rusiya kanalının əməkdaşları saxlanıldı

Onların saxlanılmasının səbəbləri açıqlanmayıb. 

Tehranda "Russia Today" telekanalının ərəb versiyasının (RT Arabic) müxbiri və operatoru saxlanılıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, hadisə parlament binasına hücumla bağlı vəziyyətin işıqlandırılması zamanı baş verib.

Onların saxlanılmasının səbəbləri açıqlanmayıb.

Qeyd edək ki, bu gün silahlı şəxslər Tehranda parlament binası və İran inqilabının lideri Xomeyninin türbəsinə hücum ediblər. Terror aktları nəticəsində 12 nəfər həlak olub, 42-si yaralanıb.

Hücumlara görə məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürüb.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm