Dünya
Böyük Britaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək
Böyük Britaniya vətəndaşları iyunun 8-də yeni hökuməti formalaşdıracaq siyasi qüvvəni seçəcəklər.
Publika.az xəbər verir ki, Baş nazir Tereza Meyin rəhbərlik etdiyi Mühafizəkarlar Partiyası sosioloji sorğularda uzun müddət liderlik edirdi. Növbədənkənar parlament seçkiləri ərəfəsində isə torilərin populyarlığı sürətlə aşağı düşməyə başlayıb.
YouGov şirkətinin Mançesterdəki terror hücumuna qədər keçirdiyi rəy sorğusunun nəticələrinə görə, Mühafizəkarlar Partiyasını seçicilərin 44 faizi dəstəkləyirdi. Leyboristlər Partiyasına rəğbət bəsləyənlər isə yalnız 35 faiz təşkil edirdi. Mayın 22-də Mançestrdə, iyunun 3-də Londonda baş verən terror aktlarından sonra qüvvələr nisbəti dəyişir: hakim partiya səsləri itirir, leyboristlər əlavə səs yığırlar. Buna qədər mühafizəkarlar kifayət qədər inamlı görünürdüsə, son günlərin hadisələri onları narahatlıq keçirməyə vadar edib.
Rəhbərlik etdiyi partiyanın reytinqinin aşağı düşməsinə baxmayaraq, Tereza Mey növbədənkənar parlament seçkiləri elan etməsinə təəssüflənmir. Onun fikrincə, Brüssellə qarşıdakı çətin “brexit” danışıqlarında uğur qazanmağın yolu seçkidən keçir. (AZƏRTAC)
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!